İŞİD İraqda əks hücumlara başlayıb

İŞİD terror qruplaşması İraqda əks hücumlara başlayıb.

Bu barədə “Telegram” sosial şəbəkəsində terrorçuların fəaliyyətini işıqlandıran “Directorate 4” kanalı məlumat yayıb.

Bildirilir ki, terrorçular Kərkük və Havica şəhərlərindəki bir sıra yaşayış məntəqələrini ələ keçirib və peşmərgənin (kürd qüvvələri) Kərkük və Tuzxurmatudakı mövqelərinə hücum ediblər. Sammar şəhərindən cənubda da İŞİD-in hücumları barədə məlumat verilir.

Son məlumata görə, İŞİD-lə toqquşmalarda yerli dəstələrin 70-ə yaxın döyüşçüsü öldürülüb və yaralılar var. /APA/

16:58