İran mollakrat rejimi Suriyada öz mövqelərini gücləndirmək qərarını verdi

 

Belə ki, dictator Bəşər Əsəd rejimini qorumaq üçün şiə yaraqlıların məvacibləri yalnız İran tərəfindən ödəniləcək

Suriya hökuməti İrandan Rusiya və Suriya qüvvələri ilə çiyin-çiyinə döyüşən on minlərlə şiə yaraqlısının maaşlarının ödənilməsinə nəzarət etməsini istəyib. Suriyanın müxalif “Zaman Al Wasel” veb səhifəsində dərc edilən məlumatda deyilir ki, Suriyanın Müdafiə Nazirliyindən əldə edilən sənəd prezident Bəşər Əsədin buna göstəriş verdiyini göstərir.

Şiə yaraqlılara İran, “Hezbollah” qrupu və ya Suriya hökuməti nağd pul ödəyir.
Adının açıqlanmasını istəməyən Suriya rəsmisinin Amerikanın Səsinə bildirdiyinə görə, gələcəkdə şiə yaraqlıların məvacibləri yalnız İran tərəfindən ödəniləcək. Təhlilçilər bildirir ki, İran hökuməti “Birləşmiş Şiə Qurtuluş Ordusu”nu yaratmaqla Tehranın Orta Doğuda münaqişələrdə siyasi və hərbi rolunun məzhəb əsasında genişəndirmək istəyinə dair siqnal göndərir.

"Şiə məzhəbinin adından istifadə edərək yaradılan yeni ordu regionda təriqətlər arasında gərginliyin artmasına gətirib çıxaracaq" deyə Ekseter Universitetinin Strategiya və Təhlükəsizlik İnstitutunun tədqiqatçısı Talha Əbdulrazaq bu barədə “Amerikanın Səsi” radiosuna açıqlama verib. O, İranın özünü regional və ya hətta imperialist bir güc kimi göstərmək istədiyini deyib. Ordunun yaradılmasının əsas məqsədi Ərəb ölkələrində döyüşlərdə iştirak etməkdir. Ordu sıralarına əsasən regionda İrandan olmayan şiə müsəlmanlar götürüləcək.

“Məşriq” informasiya agentliyinə müsahibəsində İranın elitar İnqilab qvardiyasının lideri Məhəmməd Əli Fələki deyib ki, yeni ordu üç cəbhədə fəaliyyət göstərir: Yəmən, Suriya və İraq. O bildirib ki, yeni ordu Suriyada Livan, Suriya, İraq və Pakistandan olan döyüşçülərdən ibarət şiə qüvvələrə rəhbərlik edir.

Qeyd edək ki, belə bir açıqlamanın əsas mənası isə, uzun müddətdir İran mollakratiya rejimi Azərbaycan, Türkiyə, Gürcüstan, Pakistan, Əfqanıstan, Suriya və digər ölkələrdə öz siyasi hədəflərinə uyğun xüsusi radikal dindar qruplaşmalar formalaşdırırdı. Bu gün isə həmin qruplaşmalar İran mollakratiya rejiminin əlaltıları kimi istənilən ölkədə iç savaşlara sürüklənirlər.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

09:53