İndoneziya polis bölməsinə hücum olub

İndoneziyanın Sumatra adasında yerləşən polis bölməsinə hücum olub.

Xudaferin.eu Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hadisə nəticəsində bıçaq yarası almış bir təhlükəsizlik xidməti əməkdaşı həlak olub. Hücum edən dörd şəxs öldürülüb, daha iki nəfər isə yaralanıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bazar və bazar ertəsi günləri İndoneziyanın Şərqi Yava bölgəsində təşkil edilən bombalı hücumlar nəticəsində 26 nəfər ölmüşdü. Hücumların İŞİD terror təşkilatı ilə əlaqəli Jamaah Anşarut Dulah adlı terror təşkilatı tərəfindən təşkil edildiyi müəyyənləşdirilmişdi. Bu hadisələrdən sonra paytaxt Cakarta, Şərqi Yava və Riau bölgələrində təhlükəsizlik tədbirləri gücləndirilmişdi.

13:22