Bu gün Azərbaycan siyasətinin yeni nəslinin liderlərindən biri olan və REAL Hərəkatının sədri İlqar Məmmədovun doğum günüdür. Ancaq, bu qutsal törəni artıq 5-ci ildir ki, cəza evində keçirməyə məcburdur. İlqar Məmmədovu oxucularımıza tanıtmaq üçün onu deyə bilərik ki, Azərbaycanda ilk dəfə olaraq, Avropaya inteqrasiya, Milli Məclis seçkilərində riyazi təhlil ideyalarının ilk müəllifi məhz odur. 2013-cü ildə baş verən məşhur “İsmayıllı olayları”na görə İlqar Məmmədov fərqli bir “ssenari” üzrə onsuz da tutuqlanacaqdı. Ona görə ki, 2000-ci illərdə Azərbaycan siyasi-ictimai mənzərəsində yeni nəsli təmsil edən bir sıra liderlər ortaya çıxmağa başlamışdı. Bu siyahıda İlqar Məmmədov, Qubad İbadoğlu, Erkin Qədirli, Azər Qasımlı, Natiq Cəfərli, Vüqar Bayramlı, Bəxtiyar Hacıyev və başqalarının önə çıxması gerçəkdən hakimiyyət çevrələrini əməlli başlı rahatsız edirdi. Bunun əsas səbəblərindən biri də “ənənəvi iqtidar” və “ənənəvi müxalifət” anlayışlarına qarşı yeni alternativ nəsli təmsil edənlərin orta və gənc nəslin arasında nüfuzunun artması ilə müşahidə olunurdu. Artıq bu yeni dalğa öncələr mövcud olan baxışlardan tamamilə fərqli siyasət, ritm və ahənglə inkişaf edirdi. İlqar Məmmədov məhz 2009-cu ildə REAL Hərəkatını qurmaqla yeni nəsil siyasətçiləri arasında ilk siyasi partiya liderinə çevrildi.
Hakimiyyətin kibiri, müxalifətin küdurəti
Azərbaycanda düz iki yüz ildir Çarlıq Rusiyası və keçmiş Sovetlər Birliyi dönəmlərində elə dərin metropoliya siyasəti qurulubdur ki, ölkəmizin tam bağımsız bir düşüncə sistemi ilə gəlişməsi önündə dərin yaraların sağalmazlıq sindromunu çözməkdə hələ də ən ağır məşəqqətlərlə üz-üzə qalmağa məcbur edilmişik. Azərbaycanda o zaman milli intibah yaranıb ki, məhz bu iki siyasətə qarşı yeni düşüncə sistemi gündəmə gəlibdir. Çarlıq Rusiyasına qarşı böyük maarifçi Mirzə Fətəlidən başlayan, Həsən Bəy Zərdabi, Nəcəf Bəy Vəzirov, Əbdürəhim Bəy Haqverdiyev, Üzeyir Bəy Hacıbəyli, Məhəmməd Şahtaxtı,
Mirzə Cəlil, Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Həsən Bəy Ağayev, Əlimərdan Bəy Topçubaşlı, Fətəli Xan Xoyski kimi dahilərimizin sayəsində davam edən möhtəşəm prosesin başlaması Azərbaycanda çiçəklənmə dönəmnə səbəb olmuşdur. Sovetlər Birliyinin qəddar rejiminə qarşı Xudu Məmmədov, Kərim Kərimov, Əbdülvahab Salamzadə, Lətif Kərimov, Mircavad Cavadov, Rasim Babayev, Rasim Əfəndi, Nəsir Rzayev, Cəfər Qiyasi, Ramiz Əbdülrəhimov, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Mİrəli Seyidov, Elməddin Əlibəyzadə və başqa milli aydınlarımızdan ibarət özgür dalğanın nəhəng bir prosesə çevrilməsi bu prosesin yeni təməlini qoymuşdular. Hər iki prosesi ona görə xatırladırıq ki, bütün bunlar Azərbaycan Milli Davasının təməli hesab olunur. Əgər ilk dalğanı yaradanlara qarşı satqın mollalar və yerli məmurlar (hakimiyyət) mane olurdusa, ikinci prosesdə kökü-nəsəbi bilinməyənlər və hakimiyyətin bütün təbəqələrində yerləşdirilmiş “kommunyak” (kommunist) qafalılar buna mane olurdular. 1991-ci ildə Azərbaycanın dövlət bağımsızlığına qovuşması və bu sırada ənənəvi iqtidar və müxalifət düzəninin daim ortada olması ötən 25 illik dönəmdə faktiki olaraq heç nəyi dəyişmədilər. Bu gün hər iki düşərgə faktiki olaraq öz mövqelərindən rahatsız kimi görünmürlər. Necə deyərlər: “Alan razı, satan razı” və ya “Al gülüm, ver gülüm!!!”
Dövlətinə və xalqına inam milli ibadətdir
Çağdaş dünya düzəni, yəni XXI yüzil daha çox fəlsəfənin sinergetik qaydaları ilə irəli gedir və gəlişir. Bu düstura cavab verə biləcək “ənənəvi” müxalifət və iqtidar indiyə kimi hər hansı ideyaya, baxışlara uyğun addımlar atmayıblar. Ona görə də ADR Hərəkatı və REAL Hərəkatı gündəmə gəlibdir. Bu iki qurumun başında isə yeni nəsil siyasətinin liderləri qismində Qubad İbadoğlu və İlqar Məmmədov durur. Hər iki liderin xarakterik özəlliyi ondan ibarətdir ki, onlar dünya siyasətinin sinergetik standartları ilə Azərbaycan siyasətinin çağdaş düzənini gəlişdirmək istəyirlər. Hər iki təşkilatı siyasi və ya ictimai qurum kimi həşəmətli Ədliyyə naziriyi məhz buna görə qeydiyyata almaqdan imtina edir.
İlqar Məmmədov düz altıncı ildir ki, cəzaevində “siyasi girov” kimi saxlanılır. Onun bir siyasi lider kimi cəzaevində saxlanılması yetərlidirmi? Əsla!!! Zamanın axarının qarşısını almaq necə mümkün deyilsə, çağdaş Azərbaycan siyasətinin yeni nəslinin qarşısının alınması da bunca qeyri mümkündür.
Yeni nəsil mədəni, siyasi, sosial və ictimai düşüncə tərzi zamanın pop, rok, hipap, haus, noyz, fank, midival, simfo, zeuhl, hartlend, kantri, törenteyblizm, hraim və sair onlarca estetik-fəlsəfi cərəyanlarla uzlaşmış ritmin ahənginin bir parçası deməkdir. Bu proses rəssamlıq, musiqi, ədəbi cərəyanlarla yanaşı, zamanın ritminə çevrilibdir. İstənilən hər bir toplum bu prosesi öyrənməklə özümlü biçimdə dünyanın sosial-ictimai, siyasi-mədəni düzənində bütün bunları harmonik duyarlığa bağlamaqla yeni polifonik sistem yaradır. Azərbaycan təəssüflər olsun ki, bu proseslərdən min kilometrlərlə uzaqda saxlanılır. Bunun əsas səbəbi odur ki, İlqar Məmmədov kimi yeni nəsil siyasətinin liderləri cəzaevlərində suçsuz bir şəkildə “siyasi girov”a çevriliblər.
İlqar Məmmədovu cəzaevində saxlamaqla, onu “siyasi girov”a çevirməklə əslində çağdaş Azərbaycan siyasəti çox şeyləri itirir. Ədəbi-mədəni, sosial-ictimai fikirdə ötən yüzilin “60-cılar”ı qismində 37 ildir hökmranlıq edənlər hələ də nostalji düşüncə sistemi ilə inzibati-amirlik metodunu dördəlli saxlamağa çalışırlar. Onlar unudurlar ki, zamanın ruhu və yaz çiçəkləri qədər təravətli olan yeni nəsil siyasətçiləri “37 illik” inzibati amirlik düşüncə sisteminə yaranışlarından əlvida deyiblər. İlqar Məmmədovun cəzaevində “siyasi girov” kimi saxlanılması zamanın axarının qarşısının alınması sayılmamalıdır. İlqar Məmmədov və onun lideri olduğu REAL Hərəkatı yeni düşüncə sisteminə gətirdiyi əxlaq, siyasi baxışlar əslində dövlətinə və xalqına olan inamın milli ibadət düzəni kimi dəyərlidir. Rejimin ən çox qorxduğu da budur. Saxtakarcasına mühafizəkar milli mental dəyərlərimizlə siyasi alver edən ənənəçilər Azərbaycan ictimai düşüncəsinin gəlişməsi yönündə ən böyük əyləc olduqları üçün İlqar Məmmədov cəzaevində “siyasi girov”a çevrilib. Konqlomeratcasına komprador maraqlarını uzlaşdırmaq tipli siyasət yürüdənləri tarix hər zaman lənətləmişdir. Bu gün də, sabah da belə olacaq. Tarix öz iradəsini saxta ehkamlara pərçimləyənləri qəbul etmədiyi üçün onlar zamanın axarı ilə elə tarixin öz “zibilliyi”nə yuvarlanmışlar. İlqar Məmmədov zamanın ona verdiyi bütün sınaqlara hələ də dözür. İradəsinin bir an da olsun belə, sınmasına imkan verməyib. Yeni nəsil siyasəti üçün onun bu illər ərzində keçdiyi həyat yolu elə əsil məktəbdir. Hamının canlı şəkildə şahidi olduğu siyasi iradə və dözümlülük məktəbi. REAL Hərəkatı elə buna görə yeni nəsil tərəfindən sevilir və dəstəklənir.
İlqar Məmmədovun portretinin özəllikləri

Ənvər BÖRÜSOY
15:21
Digər xəbərlər