İlin əvvəlindən bəri 3 mindən çox mühacir həlak olub

 

 

İlin əvvəlindən bəri bütün dünyada 3 mindən çox mühacir və qaçqın həlak olub. Bu barədə Beynəlxalq Miqrasiya Agentliyi məlumat yayıb.

 

Agentliyin yaydığı informasiyaya görə, 2017-ci ildə dəniz yolu ilə Avropaya 101 min 210 mühacir və qaçqın keçib. Onların 85 faizi İtaliya, qalanları isə Yunanıstan vasitəsi ilə gəlib. Bu rəqəmlər keçən ilin analoji dövrü ilə müqayisədə iki dəfə azdır. Bununla yanaşı, Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində 2 min 247 nəfər boğularaq ölüb. Ümumilikdə isə həyatını itirən və itkin düşən mühacir və qaçqınların sayı 3 min 47 nəfərə çatıb.

Xudaferin.eu
“Avropa Bürosu”

09:21