İkinci Dünya müharibəsində Slovakiya ərazisində dəfn edilmiş 281 azərbaycanlının adı müəyyənləşdirilib

İkinci Dünya müharibəsi zamanı - 1941-1945-ci illərdə Slovakiyada faşizmə qarşı döyüşmüş, bu ərazidə həlak olmuş və dəfn edilmiş Azərbaycan vətəndaşlarının axtarılması ilə bağlı 2017-ci ildə Azərbaycan Respublikasının Slovakiyadakı diplomatik nümayəndəliyi bir sıra araşdırmalar həyata keçirib, müvafiq qurumlarla iş aparıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, diplomatlarımız tərəfindən Slovakiyanın Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, hərbi muzeylər, bu ölkənin 7 özünüidarəetmə regionlarının arxivlərində, məzar direktoriyalarında və bir sıra hərbi-memorial reyestrlərində araşdırmalar və tədqiqat işləri aparılıb. Tədqiqat işləri nəticəsində sovet ordusunun 63 min 382 əsgər və zabiti arasında 281 azərbaycanlılarının mövcud olduğu aşkar edilib.

Artıq 281 azərbaycanlının adı diplomatik nümayəndəliyimiz tərəfindən tam müəyyən olunub.

Qeyd edək ki, Slovakiya torpağında bütövlükdə 333 vahid və toplu qardaşlıq qəbiristanlıqlarında təxminən 100 min sovet əsgəri dəfn olunub. Birinci Dünya müharibəsinə aid 186, İkinci Dünya müharibəsinə aid 147 qəbir mövcuddur.

14:06