Nazirlər Kabinetinin qərarı ilə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətini Tarif Şurasından ayrılması, qiymətləri özü tənzimləyən sistemə keçməsi test xarakter daşıyır. Gözlənilən budur ki, növbəti ildən etibarən digər qurumlar, “Azərenerji”, “Azərişıq”, “Azərqaz”, “Azərsu” Açıq Səhmdar Cəmiyyətləri də Tarif Şurasında ayrılacaq, əhalidən yığılan kommunal xərclərin qiymətini özləri təyin edəcək. Bu da nəticə etibarı ilə qiymətlərin artmasına, əhalidən daha çox pul yığılmasına və ən əsası büdcə yükünün azalmasına hesablanıb. İsadçı-ekspert Qalib Toğrulun sözlərinə görə, tender yolu ilə bu səhmdar cəmiyyətlərin mülkiyyət növünü dəyişərək onları özəl sektora həvalə etmək lazımdır: “Belə olduqda xidmətin keyfiyyəti yüksələcək, investisiya qoymaq imkanı genişlənəcək, dövlət büdcəsinin yükü azalacaq. Artıq büdcədən bu qurumlara datasiya verməyə ehtiyac olmayacaq. Dünya təcrübəsi də göstərir ki, bu cür xidmət göstərən qurumlarda korporativ idarəetmə standartları tətbiq olunur. Hansı ki, onların idarəçiliyi çox şəffaf formada həyata keçirilir. Düşünürəm ki, Azərbaycanda da belə idarəetmə olarsa heç bir neqativ hal aşkarlanmaz”.
İqtisadçının sözlərinə görə, korporativ idarəetmə ilə əhaliyə şəffaf məlumat veriləcək, qiymət artımı olarsa bu da əsaslandırılacaq: “Belə idarəçilik həyata keçirilərsə şəffaf formada bizə məlumat veriləcək ki, əhalidən kommunala görə nə qədər vəsait yığılıb. Bəlli olacaq yığılan bu vəsait həmin müəssənin xərclərinin neçə faizini ödəyə biləcək. Bu zaman hansısa qiymət artımı əsaslandırılmış olacaq. Lakin bu gün vəziyyət fərqlidir. "Azəristiliktəchizat" Təchizat iddia edə bilər ki, qiymətləri qaldıracaq. Hansı əsasa söykənərək belə idda irəli sürə bilər. "Azəristiliktəchizat"da korporativ idarəetmə yoxdur, şəffaf idarə olunmur. Biz bilmirik ki, kommunal ödənişlər qurumun xərcinin neçə faizini ödəyəcək. "Azəristiliktəchizat", "Azərenerji" ən böyük vergi ödəyicisi hesab olnuur. Elə olub ki, Azərenerjinin büdcədən aldığı datasiya ödədiyi vergidən çox olub”.
Q.Toğrulun sözlərinə görə, “Azəristiliktəchizat”ASC korporativ idarəetməyə keçə bilər. Bu daha müsbət addımdır. Bunun üçün uzunmüəddətli müqavilə bağlana bilər: “Adətən belə müqavilələr uzunmüəddətli olur. Bu zaman dövlət tərəfindən həmin özəl sektorun üzərinə müəyyən öhdəliklər qoyulur. Qeyd olunur ki, qurum özəl şirkətə verilir və bura investisiya qoyulmalı, maliyyələşdirməli, binaları istiliklə tam olaraq təmin edilir. Müqavilədə konkret tələb və öhdəliklər olur. Dövlətin bir qurumu tərəfindən, adətən İqtisadiyyat Nazirliyi həmin müqavilənin icrasına nəzarəti həyata keçirir”.
Ekspertin sözlərinə görə, “Azəristiliktəchizat” ASC-nin Tarif Şurasından ayrılmasında məqsəd büdcə yükün azaltmaqdır. Test xarakteri daşyan bu proses daha sonra digər qurumlarda da tətbiq ediləcək: “Düşünmürəm ki, dövlət qeyd etdiyim bu yola əl atacaq. Xeyr, onlar xidmət haqqını artırmaqla çxıış yolu tapacaqlar. Beləcə büdcədən datasiya almayacaqlar. Nəticə etibarı ilə yenə də vətəndaşlara ziyan dəyəcək. Bu proses ilkin olaraq "Azəristiliktəchizat"ın üzərində test kimi həyata keçiriləcək. Daha sonra digər qurumlarda da bu ənənə tətbiq ediləcək”.
Hökumətdən “isti” sınaq qərarı: Kommunal xərclər artacaq

Nigar Məhərrəm
(Cebhe.info)
16:19
Digər xəbərlər