Hiyləgər fars-mollakrat rejimindən Güney Azərbaycan tələsi

 

Mollakratiya rejimi bu dəfə Güney Azərbaycanın sosial-iqtisadi problemlərində mafiya qrupları axtarışına çıxıb

Tehran mollakratiya rejimi son 38 ildə Güney Azərbaycanla bağlı yaratdığı rəzalətlərdən yayınmaq üçün, bölgədəki sosial-iqtisadi durumla bağlı belə bir açıqlama yayıb: “Biz etiraf edirik ki, Güney Azərbaycandakı mis mədənlərini dövlətə bağlı mafiya qrupları çapır və talayır”.
Güney Azərbaycan yer altı yerüstü sərvətlərə malik olan ən zəngin ölkələrdən sayılır. Azərbaycanın Güney Azərbaycanın neft və qaz yataqlarına, gümüş, qızıl, mis, alminium, qiymətli daşlar və mərmər mədənləri, bir çox mineral və tibb üçün qimətli suları, əkincilik üçün qızıı topraq və s. çoxlu sərvərlərin yataqlarına malikdir .İran molla rejiminin rəhbərliyi dəfələrlə İtraf ediblər ki, Güney Azərbaycandan talan edilən sərvətlər sayəsində əldə olunan gəlirlər, Əhvaz bölgəsindən talan olan nəftin gəlirindən qat -qat artıq və qazanclıdır

Fars-mollakrat  rejiminin parlamentdəki Güney Azərbaycanın Əhər və Heris şəhərləinə seçdiyi sözdə millət vəkili Beytullah Abdullahi bölgədəki mədənlərin talanından danışıb. O, Güney Azərbaycanın mis mədənlərinin ürətimi və idarəsinin mafiya qruplarının əlində olduğunu deyib.

Mollakratiya rejiminin Güney Azərbaycandan olan millət vəkili NASR news xəbər agentinə verdiyi müsahibədə dövlətin Əhər və Herisdəki “Ticarət və Mədən inkişafı” kimi layihələri sənaye naziri tərəfindən qəbul etməsini və bu layihələrin yanlız sözdə qalıb və illərdir bilərkdən icrası ilə bağlı heç bir atdım atılmadığnı bildirib: “Güney Azərbaycanın mis mədənlərini və onları idarə şirkətləri bəzi mafiya qrupları tərəfindən idarə olunur”.

Parlmentin Tərbiz üzərə nimayəndəsi 2014-ci ildə demişdi ki yanlız Doğu Azərbaycan əyalətinin(Güney Azərbaycanın 8 əyalətindən biri) mədən sənayesi üzrə gəlirləri Əhvaz neftindən 2 qat çoxdur.
Xatırladaq ki, Güney Azərbaycan mədənləri və sərvətləri illərdir fars-mollakratiya rejimi iləbağlı olan və onun silahlı hərbi birləşməsi kimi tanınan “Sepah Pasdaran” qolu tərəfindən çapılır və bütün doğal zənginliklər fars bölgələrində yaradığları fabriklərə götürlür. Beləliklə həm Güney Azərbaycan talan olur ,həm də bölgədə kütləvi şəkildə işsizlik baş alıb gedir. Bunun sayəsində isə farslara bağlı bölgələr daim abadlaşırılır. Bu azmış kimi, Güney Azərbaycanda yaranmış kütləvi işsizlik probleminin sonucu olaraq əhali məcbur olaraq, fars bölgələrinə köç edərək orada zamanla assimliasiya olunur.  Güney Azərbaycanın mədənləri və sərvətləri illərdir fars rejiminin “Sepah Pasdaran” qolu tərəfindən çapılması siyasəti beləcə davam etməkdədir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:23