Kamran Əsədov: “Təəssüf ki, Azərbaycan təhsili hələ də sovet dövründən ayrılmayıb”
Təhsil naziri Mikayıl Cabbarov növbəti dəfə qəribə və maraqlı açıqlaması ilə gündəmə gəlib. Nazirin sözlərinə görə, hazırda ibtidai sinfə gedən şagirdlərin 65 faizi gələcəkdə elə iş yerlərində çalışacaqlar ki, o iş yerləri bu gün mövcud deyil. Bu da təhsil işçiləri qarşısında mürəkkəb məsələlər qoyur. Nazir bunu qurumun illik hesabat xarakterli tədbirində deyib. Nazirin bu çıxışı heç də birmənalı qarşılanmayıb. Bəzi ekspertlər Mikayıl Cabbarovun açıqlamasının əhəmiyyətsiz xarakter daşıdığını düşünsələr də, digərləri əslində texnologiyanın daha sürətlə inkişaf edəcəyi bir dönəmdə nazirin bu mənada vacib məqamlara iaşarə etdiyini hesab ediblər.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, necə ki, feodalizm dövründəki olan məşğuliyyətlər kapitalizm dövründə yox idi, yaxud da ki, keçmiş sovetlər dönəmindəki kolxoz, sovxoz, aqronomlar, kolxoz sədrləri, bu kimi vəzifə daşıyıcıları öz aktuallığını itirib, çox güman ki, hazırda öyrəşdiyimiz ənənəvi peşələr yavaş-yavaş sıradan çıxacaq: “Məsələn, 10 il bundan əvvəl heç kim televiziyanın rolunu dana bilməzdi. Amma bu gün televiziya jurnalistikası ən əhəmiyyətsiz sahədir. Eyni ilə qəzet jurnalistikası da... Hazırda sayt jurnalistikası, bloggerlik populyardır. Yəni, müəyyən ixtisaslar var ki, artıq öz əhəmiyyətini itirib. Amma bizim ali təhsil müəssisələri hələ də 70 il əvvəl olduğu kimi sırf kadr hazırlığını həyata keçirir. Artıq uzunmüddətli kadr hazırlığını həyata keçirmək mümkün deyil. Təhsil Nazirliyi də məhz bunu nəzərdə tutub ki, qısamüddətli fəaliyyət üçün nəzərdə tutulan əmək hazırlığı həyata keçirməlidir. Artıq bizə kütləvi şəkildə hüquqşünas, müəllim, həkim ixtisasları lazım deyil. Bunlar daha çox texnologiyanın həyata keçiriləcəyinə yönəlik addımları nəzərdə tuturlar. Məsələn, 10 il sonra kosmik fəzaya daha geniş gediş-gəliş olacaq. Texnologiya o səviyyədə inkişaf edəcək ki, bu sahələr üzrə kadrlar lazım olacaq. 1985-ci ildə kiməsə desəydik ki, sən kompyuter və xarici dil bilsən, qarşına mükəmməl iş imkanları çıxacaq, o deyəcəkdi ki, “nə danışırsan sovetlərdən gözəl heç bir quruluş ola bilməz”. Yəni dünya günbəgün inkişaf edir. Amma bizim universitetlərdə hələ də gəmiqayırma, baytarlıq və bu kimi ixtisaslar üzrə hazırlıq həyata keçirilir. Nəticə etibarilə onlar əmək bazarında özünə yer tapa bilmir. Necə olur ki, bütün universitetləri xaricdə bitirmiş şəxslər öz ölkələrində fayda verə bilirlər”.
Ekspert hesab edir ki, ilk növbədə ali məktəblərə yanaşma tərzi, eləcə də kadr ehtiyacına münasibət dəyişilməlidir: “Ənənəvi kadr hazırlığı artıq həyata keçirilməli deyil. Bizə bu qədər hüquqşünas, müəllim lazımdırmı? Bu gün təkcə magistraturada 54 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Bəs onlar nəyə lazımdır? Azərbaycandan çox dünyada elmi işlər üzrə müdafiə edən ölkə yoxdur. İqtisadiyyat üzrə hər il 200-dən çox iş müdafiə olunur. Amma bizim iqtisadiyyatımızda onlar tətbiq olunmur. Yəni, əmək bazarının birbaşa tələblərinə uyğunlaşan iş yerləri açılmalıdır. Nana və robot texnologiyaları üzrə kadrlar hazırlanmalıdır ki, işçi qüvvəsi olmadan, yəni barmaq düyməsi ilə bunu etmək mümkün olsun. Dünya kosmos əsrinə keçsə də, biz ənənəvi üsuldan qurtulmamışıq. Nazir bunu nəzərdə tutur ki, universitetlər yaxşı olardı ki, başlarını qaldırıb baxsınlar ki, necə olur ki, Amerikanın, Avropanın hazırladığı kadrlar dünyaya yeni əmək məhsulları gətirə bilir. Bizim təbii sərvətimiz neftdir, amma neft erası bitib. Azərbaycan artıq öz gəlirlərini başqa sahələrdən əldə etməlidir. Məsələn “Samsung” şirkətinin gəliri bizim neft gəlirimizdən yüz dəfələrlə çoxdur. Bu texnologiyalar inkişaf etdirilməlidir”. Ekspert əlavə edib ki, təəssüflər olsun ki, Azərbaycan təhsili hələ də Sovet dövründən ayrılmayıb: “Hazırda 3500-dən çox dövlət hesabına, öz hesabına isə 24 mindən çox xaricdə təhsil alanlar var. Onlar gələndən sonra dəyişikliklər labüddür. Ali Neft Məktəbi, Diplomatik Akademiya tipli universitetlər artıq tədris proseslərini qurublar. Düzdür, bu kütləvi deyil, amma vacibdir. Bu gün iş üçün müraciət edən zaman qarşınıza elə tələblər qoyulur ki, onların 1 faizini ali təhsil müəssisələri vermir. Məsələ burasındadır ki, universitetlərimiz buna hazır deyil. Əslində təhsil sistemində keçirilən bir çox islahatlara hazır deyilik. Amma məcburiyyətdən biz buna gedəcəyik”.
“Hazırcavab” nazirdən gülməli açıqlama

Alçina Amilqızı
Cebhe.info
10:03
Digər xəbərlər