"Bu gün Azərbaycanın əmtəə bazarında xarici ölkələrdən idxal olunan bir çox mallar "halal" markası ilə satılır. Əksər hallarda istehlakçılar aldadılır". Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseyov bu barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, həqiqi "halal" mal nişanı ilə istehsal olunan mallara bütün dünya ölkələrində, hətta dini mənsubiyyətindən asılı olmadan "ekoloji təmiz mal" kimi baxılır və böyük tələbatla alınır. AİİB sədri hesab edir ki, halal mal istehsal edən müəssisənin maliyyə mənbələri də halal olmalıdır. O bununla bağlı təklif hazırladıqlarını bildirib: “Yaxşı olar ki, halal məhsul istehsal edilən müəssisədə online izləmə sistemi mövcud olsun. Beynəlxalq təcrübədə istifadə edilən halal sertifikatlaşdırmanın əsas mahiyyəti istehsalçının tətbiq etdiyi halal standartlarını yoxlayaraq məhsulun halal qaydalara uyğun gəlməsini təsdiq edən bir sənəddir (sertifikat). Daha dəqiq desək, halal sertifikatlaşdırma-qida məhsulunun hazırlanmasının, qablaşdırılmasının, eləcə də qida təhlükəsizliyinin idarə edilməsinin (menecmentin), avadanlıqların, infrastrukturun yoxlanılaraq təsdiq edilməsidir”.
Ekspert bildirir ki, son illər istər daxili istehsal, istərsə də ölkəmizə idxal edilən ərzaq məhsulları ilə əlaqədar halallıqla bağlı qeyri-müəyyənlik davam edir: “Əməkdaşlarımızın qonşu ölkələrdə apardıqları müşahidələr bunu söyləməyə əsas verir. Məsələn, son dövrlər Gürcüstan və Ukraynadan “Halal” adı altnında məhsullar daxil olur. Lakin Gürcüstanda və Ukraynada apardığımız müsahibələr göstərir ki, bu cür ətlər heç də halal hesab edilə bilməz. Məsələn, kəsim aparılan yerlərdə quraşdırılan avadanlıqla halal standartların tələb etdiyi qiblə istiqaməti düz gəlmir. Həmin bu ölkələrdə istehsal olunan ətin müəyyən partiyalarla müsəlmanın kəsdiyini, digər hallarda isə qeyri-müsəlmanın kəsdiyinin şahidi oluruq. Digər bir tələb anbarda saxlanılan məhsulun yalnız halal olmasını tələb etdiyi halda bu anbarlarda həm guya islami qaydalara uyğun kəsilən ətin, həm də digər ətlərin birlikdə saxlandığını görürük. Tələblərdən biri də heyvanı kəsərkən Təsmiyyə kəlməsinin, yəni “Bismillah və Allahu Əkbər” ifadəsinin işlədilməsidir. Bunu qəssablar tərəfindən edilib-edilmədiyi məlum deyil. Ümumən, bunun sübuta yetirilməsi üçün müvafiq texniki vasitələr təchiz olunmalıdır (məsələn qəssabın geyiminə kicik mikrofon looper bərkidilməlidir)”.
E.Hüseynov deyir ki, halal standartlarında qida təhlükəsizliyi çox ciddi şəkildə qorunmalıdır: “Lakin çox zaman elementar saxlama və daşınma rejimlərinə düzgün riayət edilmir. Bundan başqa Gürcüstan, Ukrayna və Hindistandan gətirilən ətlərin sertifikatlarında konkret hansı standarta uyğun olub olması məlum deyil. Ümumiyyətlə, beynalxaq təcrübədə bir neçə məşhur standart var ki (Malaziya və İslam Əməkdaşlıq Təşkilatı OİC:SMİİC standartı) idxal olunan məhsulların bu standartlardan birinə uyğunlaşdırılması lazımdır. Ümumən nəinki ölkəyə daxil olan, istər ölkə daxilində də istehsalçıların heç də hamısı bu şərtlərə riayət etmir”.
Son dövrlərin aktual məsələlərindən olan halal turizm məsələsinə toxunan ekspert bildirib ki, İslam Həmrəylik Oyunları və onda sonrakı dövrlərdə ölkəmizə gələn turistlərin sayı artıq bizi bu sahədə ciddi düşünməyə vadar edir: “Bu gün dünya əhalisin (7.5 milyard) hər yeddi nəfərdən biri müsəlmandır (1.7 milyard). Bu öz-özlüyünə böyük rəqəmdir və müvafiq olaraq da turizmdə müəyyən payı vardır. Umumilikdə halal iqtisdiyyatın həcmi (bank, qida, turizm və s.) 3 trilyon dollar dəyərində qiymətləndirilir. Halal turizm ümumi turizmin təqribən 10 faizin təşkil edir və 2020-ci ilə kimi bu rəqəm 233 milyard dollara çatacaq. Göründüyü kimi rəqəmlər kifayət qədər ciddidir. Halal turizm xidməti göstərən bir müəssisə təklif etdiyi otelin infrastrukturu, verilən qidalar, otel nömrələrinin quruluşu, nömrələrdə mövcud olan şəxsi gigyena vasitələri (diş fırçası, şampun və s.), oteldəki əyləncə yerləri, bank xidmətləri, işçilərin geyimləri və s. İslam prinsiplərinə uyğun qurulmalıdır”.
Halal qida adı ilə bizi necə aldadırlar?

Hurriyyet.org
09:14
Digər xəbərlər