Gürcüstanda Ana Yasaya yeni dəyişikliklər ikili vətəndaşlığa imkan verəcək
Yeni dəyişikliklər gələn ilin payızında keçiriləcək prezident seçkilərindən sonra qüvvəyə minəcək
Gələn ildən Gürcüstan vətəndaşları başqa ölkələrin vətəndaşlığını qəbul edə biləcəklər. Buna ölkə Ana Yasasına edilmiş yeni dəyişikliklər imkan verəcək. Bu barədə parlamentin sədri İrakli Kobaxidze televiziyadakı çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, yeni dəyişikliklər ikili vətəndaşlığa liberal yanaşılır. Gürcüstan vətəndaşları ikinci vətəndaşlıq aldıqda öz ölkəsinin vətəndaşlığını itirməyəcəklər.
Kobaxidze Ana Yasadakı bu dəyişikliklərin həm Gürcüstan vətəndaşları, həm də xaricdəki diaspora nümayəndələri üçün vacib olduğunu deyib. Yeni dəyişikliklər gələn ilin payızında keçiriləcək prezident seçkilərindən sonra qüvvəyə minəcək.

Xudaferin.eu
Gürcüstan, "Tiflis Bürosu"
10:32
Digər xəbərlər