Gömrükdə “gömülən” rəzalətlər— VİDEO

Bu yaxınlarda Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin əməkdaşlarından birinin sərhəd keçid məntəqəsində sıravi vətəndaşlara qarşı rəzalət siyasətini yürüdən

video görüntülərin yayılması təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə çox ciddi şəkildə müzakirə mövzusuna çevrildi. İctimai qınaqdan sonra, adı çəkilən dövlət qurumunun rəhbərliyi məcburn olaraq “kosmetik” dəyişikliklərə əl atdı.
Ancaq, faktiki olaraq bu rəzalət siyasəti hələ də davam edir. “Trans Broker” MMC-nin rəhbəri, gömrükdə "iş adamlarının qənimi" kimi ad çıxaran Əbülfəz Məlikov işdən qovulub. Gömrükdəki idxala əsas maneə kimi tanınan Əbülfəz Məlikovun rəhbərlik etdiyi “Trans Broker” MMC-dən 150 işçi ixtisar edilib. İndi MMC-nin səlahiyyətləri qanunla müəyyən edilən həddə qədər məhdudlaşdırılıb, rəhbəri isə işdən çıxarılıb. Daxil audit Əbülfəz Məlikovun yeyintilərini üzə çıxarıb. Auditin nəticələri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsinə göndərilib. Ə.Məlikov və yaxın ətrafının hətta həbs edilmə ehtimalı da var.
Bütün bunlara aydınlıq gətirlməsi ilə yanaşı, Ə. Məlikovin işən çıxarılması gömrükdəki islahatların tərkib hissəsi kimi qələmə verildi. Hətta Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev mediaya açıqlama verərək bildirib ki, gömrük nəzarətinin formalarının idxal-ixrac prosedurları üzrə tətbiqinin daha da optimallaşdırılması üçün avqustun 1-dən gömrük sahəsində yeniliklərin tətbiqinə başlanacaq. Guya bu addımı atmaqla gömrük işinin rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi daşıycaqdı.

Ancaq,  ütün deyilənlərə və verilən vədlərə baxmayaraq, “gömrük sektorunda hər şey elə öz köhnə qaydasında davam edir. Ölkəyə iri yüklərlə yanaşı, sıravi vətəndaşların belə, Nəsiminin dərisi kimi soyulması və onların talan edilməsi prosesləri hələ də günün əsas problemlərindən biridir. Gömrük ximəti sektorunda çalışanlar vətəndaşlara qarşı qoçuluq etməkdən belə, çəkinmirlər. Bu yaxınlarda yaşlı bir qadının gömrük işçisi tərəfindən təhqir olunması və sonunda isə döyülməsi faktını sübut edən video görüntülə sosial şəbəkələrdə və eləcə də ölkə KİV-lərində yayıldıqdan sonra, Dövlət Gömrük Komitəsi “məcbur” olaraq hərəkətə keçdi. Bu rəzalət demək olar ki, hamı tərəfindən ictimai qınağa çevrildi. Fikrimizcə gömrük xidmətində çalışanların vətəndaşlara, hətta orta və kiçik sahibkarlara qarşı apardığı bu siyasəti davamlı şəkildə ictimai qınağa çəkmək məsələsi daim KİV-lərin və sosial şəbəkələrin diqqət mərkəzində olmalıdır. Ona görə ki, hər hansı bir cəmiyyət mövcud problemlərin üzərinə hamılıqla getmirsə, orada daim mövcud olan problemlər də yaşayacaqdır. Qucağında körpə uşaq və əlində süd şüşəsi olan qadının əlindən südqabını alaraq zibilxanaya doğru fırıldadan gömrük işçisi elə bil ki, faşist konslagerindən maaş alırmış kimi vətəndaşlarla belə davranır. Biz dünyanın çox ölkəsində oluruq. Ancaq, bu qədər rəzaləti Azərbaycan gömrüyündə görürük. Elə buna görə də rüşvətə, korrupsiyaya, antiinsani davranışa görə daim gömrükçüləri qınaq obyektinə çevirməliyik.

Aydın Əliyev

 

15:45