G20-nin 2019-cu il sammiti Yaponiyada, 2020-ci ildə Səudiyyə Ərəbistanında olacaq

 

 

“Böyük İyirmilik” ölkələrinin liderləri 2019-cu il sammitinin Yaponiyada, 2020-ci il sammitinin isə Səudiyyə Ərəbistanında keçirilməsi barədə qərar qəbul ediblər. Bu barədə NHK telekanalı məlumat yayıb. Müvafiq bənd yekun deklarasiyaya daxil ediləcək.

 

G20-yə Avropa İttifaqı ayrıca təşkilat kimi, Quzey Amerikadan Kanada, ABŞ və Meksika, Cənubi Amerikadan Braziliya və Argentina, Avropa və Yaxın Şərqdən Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı, Asiyadan Hindistan, İndoneziya, Çin, Cənubi Koreya və Yaponiya, Afrikadan Güney Afrika Respublikası, Avstraliya daxildir.
Sammitə Dünya Bankının, Dünya Ticarət Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Dünya Səhiyyə Təşkilatının rəhbərləri də dəvət olunurlar. “Böyük iyirmilik” ölkələrinin payına planet əhalisinin 2/3 hissəsi, dünya ÜDM-nin 85 faizi və ticarətinin 80 faizi düşür. Xatırladaq ki, G20 liderlərinin növbəti görüşü Buenos-Ayresdə baş tutmalıdır.

Xudaferin.eu
“Avropa Bürosu”

10:59