Estoniya hökuməti milli azlıqların mədəni tədbirlərinin maliyyələşməsinə dəstək göstərir

Estoniya Mədəniyyət Nazirliyinin nəzdindəki İnteqrasiya Fondu milli azlıqların mədəni tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı aidiyyəti təşkilatlardan müraciətlərin qəbuluna başlayıb.

Xudaferin.eu xəbər verir ki, ayrılan maliyyə vəsaitinin ümumi məbləği 75 min avrodur. Hər bir iddiaçı təşkilat maksimum 6 avroyadək maliyyə dəstəyi ala bilər. Ötən il ayrılmış vəsait 16 mədəni tədbirin keçirilməsinə sərf edilib. Onlardan biri də “Şərq xalqlarının bahar festivalı, Novruz Bayramı” adı ilə keçirilən tədbir olub.

Xudaferin.eu

14:28