Ermənistanda "böyük köç" başlayır: "Təhlükəsizlik zolağı"nın itirilməsi düşmən ölkəni boşalda bilər

Ermənilər Ermənistanı Azərbaycanın "ovuc"una düşmüş, hər an asanlıqla hərbi hədəfə çevrilə biləcək perspektivsiz ölkə hesab edirlər...

Ermənistan mətbuatının iddiasına görə, hazırda epidemiya erməniləri ölkədə tutan yeganə faktordur. Aviareyslərin bərpasından sonra ermənilərin kütləvi şəkildə ölkəni tərk etməyə başlayacaqları ehtimal olunur...

Ermənilər Azərbaycanın nə vaxtsa, öz tarixi torpaqlarını tələb edəcəyinə əmindirlər, radikal müxalifətin yeni müharibə çağırışlarını isə "tarixi faciəyə dəvətnamə" hesab edirlər...

Ermənistan perspektivsiz ölkəyə çevrilməyə başlayıb. Bu ölkədə yaşamaq artıq sərfəli sayılmır. Və bu qənaət məhz ermənilərin özlərinə məxsusdur.

Əslində, Ermənistan heç əvvəllər də perspektivləri yüksək olan ölkələrin sırasına daxil deyildi. Ancaq son savaşa qədər ermənilər Ermənistanda özlərini indikindən daha təhlükəsiz hiss edə bilirdilər.

hedef-ermeni.jpg (293 KB)

İndi vəziyyət ciddi şəkildə dəyişib. Ermənilər hazırda özlərinin Ermənistanda təhlükəsizlik şəraitində olduqlarını qətiyyən düşünmürlər. Çünki baş verənlər onlara belə bir imkan tanımır.

Ermənistan mətbuatında bu yeni situasiya maraqlı arqumentlər ilə izah edilir. Erməni təhlilçilər vurğulayırlar ki, indiki situasiya tezliklə dəyişməzsə, Ermənistan tamamilə boşala bilər. bu yeni situasiya maraqlı arqumentlər ilə izah edilir. Erməni təhlilçilər vurğulayırlar ki, indiki situasiya tezliklə dəyişməzsə, Ermənistan tamamilə boşala bilər.

Əsas səbəb kimi isə Azərbaycan ordusunun qanuni sərhədlərdə qərarlaşması göstərilir. Hesab edilir ki, cəmisi bir neçə ay əvvələ qədər mövcud olmuş "təhlükəsizlik zolağı" artıq yoxa çıxıb. Və yeni hərbi dislokasiya modeli Ermənistanı Azərbaycan üçün asan hədəf vəziyyətinə gətirib.

Belə anlaşılır ki, Ermənistan özünü artıq Azərbaycanın ovucunda hiss edir. Ermənilərin qəribə məntiqləri və təhlükəsizlik anlayışları var.

Deməli, ermənilər əvvəlcə Azərbaycan torpaqları hesabına özlərinə qondarma dövlət uydurublar. Sonra da həmin uydurma dövlətdə təhlükəsizlik şəraitində yaşamaq üçün əlavə olaraq, Azərbaycan torpaqları hesabına bunların  "təhlükəsizlik zolağı" da olmalıymış...

post-maxresdefault (1).jpg (100 KB)

Əmin olun ki, belə sərsəm dövlət təhlükəsizlik modeli yalnız ermənilərin ağlına gələ bilər. Ağıllarına gələn, başlarına gəlməyəndəsə, qorxub qaçırlar.

Ermənistan mətbuatında da ermənilərin "böyük köç"ünün uzaqda olmadığı vurğulanır. Bütün dünya yardıma çağırılır.  "Dünyanın ən qədim xalqı"nın gələcək taleyinə biganə qalınmasının yolverilməz olduğu vurğulanır.

"Böyük köç"ün hələlik qarşısını ala bilən yeganə faktoru da açıqlayıblar. Yox, bu, Ermənistan hökuməti deyil. Heç radikal erməni müxalifətinin revanşist yeni müharibə çağırışları da "böyük köç"ün ləngiməsində hər hansı rolu yoxdur. Əksinə, yeni müharibə çağırışları qələbəyə inanmayan erməniləri daha da qorxudur. Və bir an öncə Ermənistanı tərk etmək üçün tələsdirir.

Ermənistan mətbuatının iddiasına görə, hazırda epidemiya erməniləri ölkədə tutan yeganə faktordur. Epidemiya aradan qalxıb, aviareyslər bərpa edildikdən sonra erməniləri ölkədə kimsə tuta bilməz. "Böyük köç" qaçılmazdır.

Hələlik isə ermənilər daha təhlükəsiz şəraitdə yaşamaq üçün Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərinə sığınmağa üstünlük verirlər. Rusiya sülhməramlı qüvvələrinin mühafizəsi altında müvəqqəti təhlükəsizliyi çıxış yolu hesab edirlər.

rus_sulh-tort.jpg (183 KB)

Rusiya sülhməramlı qüvvələri isə ora köçmək istəyən bütün ermənilərə "qucaq açırlar". Xankəndidə yaşamaq hüququnun dəqiqləşdirilməsinə həvəs göstərmirlər.

Onu da qeyd edək ki, son günlər iki ölkə arasında sərhədlərin demarkasiya prosesinin intensivləşməsi ermənilərin Ermənistandan üz çevirməsinə əlavə stimullar verib. Çünki, qanuni sərhədlərin haradan keçməli olduğunu heç özləri də bilmirlər. İndiyə qədər əllərinə keçən hər yeri mənimsəyib, istismar ediblər. Hazırda Azərbaycan əsgəri qanunsuz ələ keçirilmiş ərazilərin tərk olunmasını tələb edərkən, çaş-baş qalırlar.

Maraqlıdır ki, ermənilər analoji çaşqınlığı Şurnuxda geninə-boluna yaşamaqdadırlar. Belə ki, Ermənistan mətbuatının məlumatına görə, Azərbaycan əsgərləri Şurnuxda artıq post qurublar və ermənilərə ərazisini tərk etmək üçün yanvarın 5-dək vaxt verilib.

Əlbəttə, burada qeyri-adi nəsə axtarmaq tamamilə yersizdir, ermənilərin hay-küyü də mənasızdır. Çünki Azərbaycan sərhədçilərinin post qurduğu ərazi ermənilərin iddiasının əksinə, Ermənistana məxsus deyil. ərazisi deyil. Ermənilərin yanvarın 5-dək tərk etməli olduğu ərazi - Şurnuxun 12 evi də əhatə edən bir hissəsi rəsmən Azərbaycanın Qubadlı rayonuna aiddir. Ermənilər 1993-cü ildə Qubadlının işğalından sonra həmin əraziləri Şurnuxun ərazisinə qatıblar.

İndisə, delimitasiya zamanı bu cinayətlər ortaya çıxır. Rəsmi sərhəd bölgüsünə uyğun olaraq, Qubadlının zəbt edilərək, Sünik rayonuna qatılan hissəsi də geri tələb olunur.

hqdefault-antiterror.jpg (17 KB)

Ancaq belə ərazilər kifayət qədərdir. Ermənistan həmin əraziləri istənilən halda, geri qaytarmağa məcbur olacaq. Məsələn, erməni politoloq Qrant Şahnazaryan vurğulayıb ki, Zəngəzurun Şurnux kəndindən sonra Ararat vilayətinin Kərki (Tiqranaşen) kəndini də Azərbaycana qaytarmaq lazım gələcək. Sədərək rayonunun inzibati tərkibinə daxil olan Kərki kəndi 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunub.

Göründüyü kimi, ermənilər imkan tapdıqca Azərbaycandan torpaq çırpışdırıblar. Ancaq vaxtilə işğal edib, ələ keçirtdiklərini indi artıq əsl sahiblərinə geri qaytarmaq zamanı gəlib.

Elə baş nazir N.Paşinyanın yaxın ətrafına daxil olan deputat Arman Yeqoyan da bu reallığı etiraf edib. A.Yeqoyan bildirib ki, Zəngəzurdakı (Sünik) mübahisəli ərazi Azərbaycana məxsusdur.

Ancaq ermənilər bu adama qulaq asıb, başlarına çarə qılmaq əvəzinə deputatı təhqir edərək, qovublar. Guya Azərbaycana “güzəştə getmək fikrində deyillər”miş.

Deyəsən, ermənilərin bəziləri hələ də "yuxu"dan tam ayılmayıblar. Hələ də nəsə edə biləcəklərini düşünürlər. Azərbaycanın tarixi ərazilərində yaşayıb, "güzəşt"dən danışırlar.

qarabag778e425370f5.jpg (93 KB)

Halbuki ermənilərin bundan daha yuxu ilə reallığı ayırd etməyi öyrənmələri lazımdır. Əks halda, yuxular erməniləri geri dönüşü olmayan bir yola sürükləyə bilər. Erməni general Arşavir Karamyan da hər kəsə yuxudan ayılmağı məsləhət görür: "Erməni xalqı yuxudan oyanmalıdır".

Onun fikrincə, Ermənistanda iqtidar və müxalifət boş-boş populizmlə məşğul olarkən, Azərbaycanın hərbi-siyasi rəhbərliyi Türkiyə silahlı qüvvələrini də arxasına alaraq, Süniki (Zəngəzur) ovucunun içinə almağa nail olub.

Erməni general Dağlıq Qarabağı da unutmağı məsləhət görür: "Hə, onu da nəzərə alın ki, "Artsax" artıq Ermənistan deyil. Artıq boşuna ümidlənmək mənasızdır. Əksinə, yuxudan birdəfəlik oyanmaq lazımdır".

Əlbəttə, erməni general populizm məsələsində tamamilə haqlıdır. Çünki, kim anlamasa da, o yaxşı bilir ki, Ermənistanın yeni savaşı qaldıracaq hərbi gücü yoxdur. Ermənistan ordusu darmadağın edilib. Yeni ordunun yaradılması üçün isə hazırda maliyyə-iqtisadi resurslar yoxdur. Bunun üçün onilliklər lazım olacaq. Və yeni müharibə Ermənistanın itirilməsi ilə nəticələnə bilər.

Əslində, onun yuxudan ayılmaq məsləhəti isə Ermənistan üçün o qədər də sərfəli deyil. Çünki yuxudan ayılan ermənilərin hamısı normal və təhlükəsizlik yaşamaq üçün Ermənistanı tərk etməyin vacibliyini də anlamağa başlayırlar.

turkiye-728x440.jpg (59 KB)

Ayılan ermənilər anlayırlar ki, hazırda Ermənistan adlanan ərazilər onların vətəni deyil. Bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Radikal müxalifətin yeni müharibə çağırışlarına münasibət bildirən bəzi erməni politoloqlar isə bunu "tarixi faciəyə dəvətnamə" hesab etdiklərini vurğulayırlar.

Hələlik Azərbaycan beynəlxalq hüquqa görə özünə aid hesab olunan əraziləri qarış-qarış geri tələb edir və alır. Ancaq elə bir dövr də gələ bilər ki, Azərbaycan artıq tarixən özünə aid olanları da geri tələb edər. Onda Ermənistan adlı dövlətin ümumiyyətlə, mövcudluğu böyük bir suala çevrilər.

Görünən odur ki, yaxın gələcəkdə erməniləri Ermənistanda tutmaq üçün onları ayıltmaq deyil, çoxlu "yuxu dərmanı" lazım olacaq. Çünki ayılan xarici ölkələrə qaçacaq. Hərbi təhlükə ilə yanaşı, Ermənistanda mövcud olan və günbəgün dərinləşəcəyi gözlənilən sosial-iqtisadi böhran da "böyük köç"ü stimullaşdıra biləcək əsas faktorlardan sayılır.

Hələlik isə epidemiya Ermənistanın boşalmasının qarşısını müvəqqəti olaraq, almaqdadır. Ancaq epidemiyadan sonra "böyük köç"ü ləngidə biləcək hər hansı əngəl qalmayacaq.

Xudaferin.eu

13:24