Erhan Arıklı: “Yola Ankara-Lefkoşa dəyərləri ilə davam etməliyik!...”

 

Son zamanlar Birləşmiş Millətlər Təşkilatının (BMT) və Avropa Birliyinin dəstəyi ilə Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) yunan Kıbrısı ilə ortaq bir dövlət adına birləşdirilməsi ideyası daha da aktiv duruma gətirilmişdir. Bu anlaşmalar çərçivəsində dəhşət saçan tərəf odur ki, KKTC tərəf kimi tanınmamaqdadır. Bununla yanaşı, Yunanıstanın lobbiçiliyi sayəsində Türklərin sıx yaşadıqları Lefkoşa şəhəri və digər bölgələrə toplam 100 nəfər yunan vətəndaşının köçürülməsi kimi ideyalar da ortaya atılmışdır.
“Xudaferin.eu” olaraq, gündəmin əsas məsələsinin bundan sonra necə davam edəcəyi barəsində suallarına KKTC-dəki “Yeni Doğuş Partiyası”nın (YDP) başqanı Erhan Arıklı belə cavablandırdı: “Grans Montanada son günlər davam edən müzakirələr sürəcinin eyni zamanda BMT-nin irəli sürdüyü kriteriyaların da bitdiyi, tərəflı və ya tərəfsiz, hər kəsin dilə gətirdiyi bir sıra gerçəklər mövcuddur. Bütün tuzaqlara rəğmən Güney Kıbrısın, yəni Kıbırız rum kəsminin 13 iyul tarixində “11Parsel”də başlayacağı sondaj çalışmaları, ölən BMT kriteriyalarının və federasiya tezisini bir daha dirilməməsi üzrə torpağa göməcək”.

Buna görə də, KKTC rəsmiləri də daxil olmaqla tarixi bir sorumluluq şərtləri içində “Kıbrıs üçün B planı” ortaya qoyulmalıdır. Bunun üçün ilk etapda Türkiyə Cümhuriyyəti cümhur başqanı Rəcəb Ərdoğanın bəlirlədiyi yeni kriteriyalar ortaya qoyulmalıdır. Bu nöqtədə sayın cümhur başqanının üzərinə böyük vəzifələr düşür. Cümhur başqanı hökumətlə birlikdə dərhal bir araya gəlməli, Ana Vətən yetkililəri ilə də görüşərək Kıbrıs məsələsində Ankara-Lefkoşa kriteriyalarının ortaya çıxmasına vəsilə olmalıdır. Beləliklə də hökumətin təşəbbüsləri aparıcı prioritetlər çərçivəsinə salınmalıdır”.
YDP başqanı Erhan Arıklı onu da bildirdi ki: “Bizə görə Ankara-Lefkoşa kriteriyalarında Kıbrısda “federal dövlət modeli” üçün deyil, “iki dövlətli bir ada çözümü” müzakirələrin əsas predmeti olmalıdır. Bu yöndə uluslararası düzənlə ayrıca bir deklarasiyanın qəbul edilməsi ən doğru olanıdır. Bu yöndə qərarlı olmağımızı göstərmək üçün, Kapalı Maraş dərhal Türk idarəçiliyində olmaq şərti ilə köhnə sahiblərinə açılamlıdır. O biri yandan isə KKTC ayrıca bir Ana yasa dəyişikliyinə başlatmalıdır. Yeni Ana yasada dövlətimziin adı Kıbrıs Türk Dövləti kimi rəsmi status qazanmalıdır. Bununla yanaşı, dövlətimiz həm də başqanlıq sisteminə keçməlidir. Kıbrıs Türk Dövlətinin (KTD) tanınması üçün Kosova modeli bu gün ən gərəkən şərtlərdən biri olmalıdır. Beləliklə də bizim dövləti tanıya biləcək dövlətlərdə ciddi şəkildə lobbiçilik fəaliyyətlərimiz gücləndirilməlidir. Bununla yanaşı, KKTC ilə Türkiyə arasında yeni bir güvənlik və işbirliyi protokolu imzalanmalıdır. KKTC-nin güvənlik və dış siyasətdə Ana Vatan Türkiyəyə bağlı elan edilməlidir. İndiki şəraitdə konyuktranın diqtəsi ilə bu çalışmaları gerçəkləşdirmək üçün imkan olan kimi heç bir şeyin unudulmaması və gecikməməsi şərtləri içində rumların (yunan) “Annan Planı” referendum sonrasında olduğu kimi, dünya çapında təktərəfli olaraq, informasiya formasına salınaraq hər kəsə duyurulmalıdır. 12 iyul tarixində MYK-da və YDP-nin toplantısında atacağmız somut addımlarımızla yenidən hər şeyi bəlirəmək qərarını da verəcəyik”.

Xudaferin.eu
KKTC, “Lefkoşa Bürosu”   
 

 

 

09:12