Dünya Bərzaninin ağzından vurdu

ABŞ və BMT-dən sərt bəyanatlar verildi

ABŞ rəsmi olaraq qondarma “Quzey İraq Kürd Muxtariyyatı”nın müstəqillik referendumunu dəstəkləmir. Bu barədə rəsmi Vaşinqton məlumat yayıb. Ağ Evdən verilən açıqlamaya görə, Amerika İraqın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Referendumun nəticələri hesablanan vaxtı verilən açıqlamada bildirilib ki, ABŞ hər zaman İraqın ərazi bütövlüyünü dəstəkləyəcək. “İraq dövlətinin ərazi bütövlüyünü dəstəkləyirik”, – deyə açıqlama verilib.
BMT də zatən qondarma Quzey İraq Kürd Muxtariyyətının müstəqillik referendumunun keçirilməsindən narahatdır. Bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib. Onun sözlərinə görə, bu referendumdan sonra bölgədə vəziyyət qarışa bilər.

“BMT İraqda baş tutan referendumu pisləyir və bundan sonra regionda cərəyan edəcək hadisələrdən narahatlıq hissi keçirir. Biz bu referendumu dəstəkləmirik”, – deyə S. Cüjarrik bildirib. BMT rəsmisinin sözlərinə görə, referendum əvəzinə kürdlərin liderilə İraq hökuməti arasında razılaşma imzalansaydı daha yaxşı olardı: “Düşünürəm ki, referendum İraqda vəziyyəti daha da gərginləşdirəcək. Referendum əvəzinə kürdlərin hüquqlarını daha da gücləndirmək məqsədilə İraq dövlətilə razılaşma imzalanması daha yaxşı olardı. Bir daha bildirirəm ki, BMT referendumdan sonra İraqda baş verəcək hadisələrdən çox narahatdır”.

Qeyd edək ki, sentyabrın 25-də Quzey İraq Kürd Muxtariyyatının müstəqillik referendumu keçirilib. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. Türkiyə dövləti referendumu birmənalı olaraq pisləyib.

Xudaferin.eu
“Analitik Mərkəzi”

 

09:48