Natiq Cəfərli: “Mərkəzi Bankın əlində olan rıçaqlardan biri də “məzənnə ilə oynamaqdır”
Ölkədə fevral və dekabr aylarında baş verən kəskin devalvasiyalar iqtisadiyyatda və xüsusilə də bank sektorunda çox ciddi problemlər yaratdı. İlkin olaraq 1.05, ikinci mərhələdə isə 1.55 məzənnəsi ilə devalvasiyaya gedən Azərbaycan Mərkəzi Bankı sonradan məzənnəni mərhələli şəkildə hazırkı 1.70 civarına qədər çatdırdı. Qeyd edək ki, bu ilin ilk aylarında dollar manat qarşısında ən yüksək məzənnəsini (1.92) gördü. Hesablama Palatasının yaydığı məlumatda isə göstərilir ki, ölkədə baş verən iki kəskin devalvasiyadan sonra AMB manat ekvivalentində mənfəət əldə edib. Hesabatda deyilir: 2015-ci ilin dövlət büdcəsinin icrası və 2016-cı ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Hesablama Palatasının rəylərində 2015-ci ildə ölkənin valyuta ehtiyatlarının zəruri həcmdə qorunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bank (AMB) tərəfindən manatın 2015-ci ilin fevral və dekabr aylarında tətbiq edilən devalvasiyanı və məzənnə rejiminin dəyişdirildiyini nəzərə alaraq AMB-nin balansında olan xarici valyutanın yenidən qiymətləndirilməsi nəticəsində əhəmiyyətli dərəcədə mənfəətlik yaranması ehtimalı vurğulanıb. Nəzərdə tutulmuş dəyişikliklər hesabına dövlət büdcəsinin gəlirlərində Dövlət Neft Fondundan (ARDNF) transfertin xüsusi çəkisi 2016-cı ilin icra göstəricisi ilə müqayisədə 6,6 faiz, 2017-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 0,6 faiz azalacaq ki, bu da müsbət meyil kimi qiymətləndirilməlidir.
Bəs mənfəət naminə Mərkəzi Bank yenidən kəskin devalvasiyaya gedə bilərmi?
İqtisadçı-ekspert Natiq Cəfərli şərhində Mərkəzi Bankın manat kütləsini artırmaq üçün bu riçaqlardan istifadə edə biləcəyini deyib. Ekspert həmçinin vurğulayıb ki, Mərkəzi Bank bu prosesə kəskin devalvasiya ilə deyil, yüngül ucuzlaşmalarla gedəcək:
“Əslində devalvasiyanın səbəbi Azərbaycan Mərkəzi Bankının gəlir əldə etməsi deyildi. Bunun daha dərin səbəbləri var. Azərbaycanın gəlirləri, daxilolmalar azalmışdı və idxaldan asılılığımız kifayət qədər yüksək səviyyədədir. Təbii ki, bütün bunlar devalvasiyanı labüd edən əsas faktorlar idi. Manat ekvivalentində Mərkəzi Bankın gəlir əldə etməsi dollara nisbətdə məzənnənin daha da şişməsinə gətirib çıxardı. Əslində buna mənfəət də demək olmaz. Çünki devalvasiyadan öncə Mərkəzi Bankın büdcəsində dollar ekvivalenti ilə 15 milyard vəsait var idi. Amma indi Mərkəzi Bankın cəmi 4 milyard dollar valyuta rezervləri var. Bu baxımdan götürsək, Mərkəzi Bank bu müddət ərzində 11 milyard dollar vəsait itirib. Mərkəzi Bank manatın məzənnəsini saxlamaq üçün bu qədər valyuta xərcləyib. Bu qazanc məsələsi deyil, amma ən azından manat kütləsini artırmaq nöqteyi-nəzərindən Mərkəzi Bankın əlində olan rıçaqlardan biri də obrazlı desək, məzənnə ilə oynamaqdır. Mərkəzi Bank bu yolla manat kütləsini artıra bilər. Amma Mərkəzi Bankın növbəti kəskin devalvasiyaya gedəcəyini düşünmürəm”.
Natiq Cəfərli bu ilin sonuna qədər yenidən 1.92 məzənnəsini görəcəyimizi də qeyd etdi. Onun fikrincə, avqust-sentyabr aylarında dollara tələbat daha çox artacaq ki, bu da manatı ucuzlaşdıracaq: “Onsuz da iki kəskin devalvasiya Azərbaycan iqtisadiyyatını məhv edib. Banklar müflis oldu, iqtisadi aktivlik xeyli zəiflədi. Digər tərəfdən də avqust ayından sonra dollara tələbat təbii şəkildə artacaq. Çünki məktəb mövsümü gəlir. Azərbaycan isə məktəb ləvazimatları, pal-paltar, ayaqqabı istehsalı yoxdur. Yerli istehsal olmadığı üçün isə bütün bunlar idxal hesabına təmin olunur. Təqribi hesablamalara görə hər il ölkəyə 400-450 milyon dollarlıq məktəb ləvazimatları gətirilir.
Avqust ayından başlayaraq dollara tələbatın artması, həm ilin sonunda hər zaman Azərbaycanda çox qəribə hadisə baş verir və büdcə xərcləmələri gələn ilə keçməsin deyə daha çox xərcləmələrə gedilir. Hesab edirəm ki, bu iki amil manatın taleyində mühüm rol oynayacaq. Avqustun ortalarından bşlayaraq manatın yüngül addımlarla da olsa, devalvasiyasını görə biləcəyik. Amma bir gecəlik kəskin devalvasiyalar, hansı ki, Mərkəzi Bank bunu iki dəfə etdi, bunun yenidən baş verməsi gözlənilən deyil. Amma bu ilin yanvarında gördüyümüz maksimum 1.92 məzənnəsini bu ilin sonuna qədər görə bilərik”.
Dollar 1.92 manat olacaq...
Mərkəzi Bank devalvasiyaya gedəcək?

Vilayət Muxtar
Cebhe.info
09:20
Digər xəbərlər