Diktatora qarşı “Reyqan planı”: Düyməyə basıldı

 

ABŞ-ın Müdafiə Nazirliyi Şimali Koreyanın qitələrarası ballistik raket sınağına qarşı yeni planın icrasına başlayıb. Pentaqondan verilən məlumata görə, bu plan ABŞ-n yeni raketdən müdafiə sisteminin yaradılmasını nəzərdə tutur. Məqsəd Şİmali Koreya raketlərinin ABŞ ərazisini vurmaq imkanlarını qarşısını almaqdır.

ABŞ mediasının Pentaqondan aldığı bilgiyə görə, növbəti həftə KXDR-in qitələrarası raketi sınaqdan keçirəcəyi gözlənilir. Həmin raketin ABŞ ərazisinə düşməsinə mane olmaq üçün batareyaların yerləşdirilməsinə başlanılıb. 1999-cu ildən başlayaraq ABŞ 17 hava hücumundan müdafiə sınağı keçirib ki, onun 9-da raketləri hədəfə çatmadan məhv etmək mümkün olub. Ən uğurlu sınaq isə 2014-cü ildə olub. Sonra keçirilən üç test yaxşı nəticə verməyib.  
Qeyd edək ki, ilk əfə ABŞ-ın mərhum prezidenti Ronald Reyqan tərəfindən “soyuq müharibə” dövründə ballistik raketlərdən müdafiə məqsədilə yaradılmasına başladılan RMS-lərin qurulması üçün milyardalarla dollar xərclənib.
 

Müşfiq Abdulla

Cebhe.info

 

09:32