06 February 2024

TBMM-in nümayəndə heyəti Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət edib

Ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti və Türkiyə səfirliyinin əməkdaşları fevralın 6-da Şəhidlər xiyabanında “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Anjelika Karaman: Azərbaycanın təcrübəsi bizim üçün çox vacibdir

Azərbaycanın təcrübəsi bizim üçün çox vacibdir. Moldova da nə vaxtsa ölkənin bütün ərazisində seçkilər keçirmək arzusundadır.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşdə səsləndirib.

MSK sədri: Seçkiləri izləmək üçün 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib

Azərbaycanda prezident seçkilərini izləmək üçün 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib. Bu seçkilər bizim üçün Zəfər seçkiləri kimi tarixdə qalacaq.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov TÜRKPA nümayəndə heyəti ilə görüşü zamanı söyləyib.

Azərbaycanda prezidentliyə namizədlərin seçkiqabağı təşviqatı başa çatıb

Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat üçün ayrılmış müddət başa çatıb.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, qanunvericiliyin tələbinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.