01 February 2024

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar ərəb ölkələrində məntəqə seçki komissiyaları yaradılıb

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar ərəb ölkələrində məntəqə seçki komissiyaları yaradılıb.

Ölkəmizin Dubaydakı baş konsulluğundan AZƏRTAC-a bildirilib ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 16 saylı Yasamal 2-ci seçki dairəsi üzrə 56 saylı məntəqə seçki komissiyası yaradılıb. Baş konsulluq bu şəhərdə yaşayan Azərbaycan vətəndaşlarına xatırladıb ki, onlar seçkilər günü öz sənədlərini (pasport, şəxsiyyət vəsiqəsi) məntəqə seçki komissiyasına təqdim etməlidirlər.

Bakı Təşəbbüs Qrupu Fransa polisinin Korsikanın müstəqillik hərəkatı fəallarını qeyri-qanuni saxlamasını qətiyyətlə pisləyib - BƏYANAT

Bakı Təşəbbüs Qrupu “Nazione” hərəkatının baş təsis yığıncağının uğurla keçirilməsindən sonra Fransa polisi tərəfindən hərəkatın müstəqillik tərəfdarı olan fəallarının və onların ailə üzvlərinin qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləyib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun bununla bağlı bəyanatında deyilir: “Yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik tərəfdarı olan strukturları və fəalları birləşdirən, müstəmləkə hökmranlığına qarşı mübarizəyə hazırkı və gələcək sadiqliyini təsdiqləyən “Nazione” hərəkatını təsis etmişdir.

Milli Məclisin yaz sessiyasında ilk iclası işə başlayıb

Fevralın 1-də Milli Məclisin 2024-cü ilin yaz sessiyasında ilk iclası işə başlayıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.

1. Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi;

2. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi;

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Konstitusiyasında və hüquqi aktlarında dəyişdirilməli müddəaların olması barədə fikirləri ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.

İcmadan AZƏRTAC-a daxil olan bəyanatda deyilir:

“Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Konstitusiyasında və hüquqi aktlarında dəyişdirilməli müddəaların olması barədə fikirlərini məsuliyyətsizlik kimi dəyərləndiririk. Deyəsən, o, Vardan Oskanyan kimi hələ də özünün uydurduğu paralel dünyada yaşayır.