18 September 2023

Şarl Mişel: Laçın və Ağdam yollarından Xankəndiyə yüklərin eyni vaxtda keçməsini alqışlayırıq

Laçın və Ağdam yollarından Xankəndiyə humanitar yüklərin eyni vaxtda keçməsini alqışlayırıq.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” platformasında paylaşımında bildirib.

Prezident İlham Əliyev: İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir

İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3890 vətəndaşımız itkin düşmüşdür. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur.

Demokratiyanın “beşiyi” sayılan ABŞ-da da siyasi maraqlar ədalətdən və beynəlxalq hüququn normalarından üstün tutulur

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində sentyabrın 14-də keçirilmiş dinləmələr zamanı səsləndirilən fikir və rəylər göstərdi ki, hətta demokratiyanın “beşiyi” sayılan ABŞ-ın özündə belə siyasi maraqlar bəzən ədalətdən və beynəlxalq-hüquq normalarından üstün tutulur. Təəssüf ki, Azərbaycan son 30 ildə bu cür haqsız yanaşma ilə dəfələrlə üzləşməli olub. Avropa Parlamentinin növbəti dəfə qəbul etdiyi anti-Azərbaycan ruhlu qətnamənin ABŞ Senatında keçirilən dinləmələrlə eyni vaxta düşməsi də əsla təsadüfi deyil.

İordaniyalı akademik: “Sem dayı” uzun illər ərəb ölkələrini siyasi, iqtisadi və mənəvi təzyiq altında saxlayıb – ŞƏRH

Qlobal miqyasda təkqütblü dünya nizamı yaratmaq istəyən ABŞ uzun illər ərəb ölkələrini siyasi, iqtisadi və mənəvi təzyiq altında saxlayıb.

Bu fikirləri AZƏRTAC-a iordaniyalı akademik, yazıçı, İordaniya Jurnalistlər Sindikatı və Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, Beynəlxalq Jurnalistlər Federasiyasının fəxri üzvü Mərvan Suda söyləyib.