Şarl Mişel: Laçın və Ağdam yollarından Xankəndiyə yüklərin eyni vaxtda keçməsini alqışlayırıq

Laçın və Ağdam yollarından Xankəndiyə humanitar yüklərin eyni vaxtda keçməsini alqışlayırıq.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” platformasında paylaşımında bildirib.

Ş.Mişel, həmçinin qeyd edib: “Artıq bu proses qaydaya salınmalıdır. Həmçinin Bakı və Qarabağın erməni sakinləri arasında hüquq və təhlükəsizlik məsələləri üzrə danışıqlara başlamaq vacibdir. Avropa İttifaqı bunu dəstəkləməyə hazırdır”.

Xudaferin.eu

17:07