23 November 2022

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanarkən 20-dək ölkənin təcrübəsi öyrənilib

Bu gün “Siyasi partiyalar haqqında” qanun layihəsi artıq təkmilləşmiş variantda müzakirəyə çıxarılıb. Azərbaycanda cəmiyyətin bütün sahələrini əhatə edən sistemli, ardıcıl islahatlar aparılır. Bunların nəticəsində ölkəmizdə çox ciddi dəyişikliklər həyata keçirilir. Bütün bunlar belə bir qanun layihəsinin ərsəyə gəlməsini zəruri edirdi.

MN: Ordumuz tərəfindən qarşı tərəfə atəş açılması ilə bağlı məlumat yalandır

Noyabrın 22-si saat 22:00-dan 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətəuyğun deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

Xudaferin.eu

Pərvin Kərimzadə: Fransa Senatının qətnaməsi destruktiv və təxribatçı siyasətin təzahürüdür

Fransa Senatının noyabrın 15-də Azərbaycana qarşı qəbul etdiyi qətnamə tamamilə obyektivlikdən uzaq və qərəzlidir. Bu sənəd həm də beynəlxalq hüququn normalarına açıq hörmətsizlikdir.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə AZƏRTAC-a açıqlamasında deyib.

Yaponiya portalı Azərbaycan Prezidentinin YAP-ın 30 illiyi tədbirindəki nitqini geniş işıqlandırıb

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) 30-cu ildönümünə həsr olunan tədbirdə nitqini geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, yapon və ingilis dilində yayımlanan məlumatlarda dövlətimizin başçısının nitqinin tam mətni, həm də burada vurğuladığı xüsusi məqamlar əksini tapıb.

Mövqelərimiz atəşə tutulub

Noyabrın 22-si saat 22:15-dən noyabrın 23-ü saat 01:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.