06 September 2022

Azərbaycanın müdafiə naziri ilə Bosniya və Herseqovina Respublikasının müdafiə naziri arasında görüş olub

Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizə gələn Bosniya və Herseqovina Respublikasının müdafiə naziri cənab Sifet Podçiç ilə görüşüb.

MN: Ordumuzun atəş açması nəticəsində Ermənistan hərbçisinin ölməsi xəbəri yalandır

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumat yayıb.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda deyilir.

Prezident İlham Əliyev: Azərbaycan öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına xüsusi önəm verir

Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına məktubunda yer alıb.