Azərbaycanın müdafiə naziri ilə Bosniya və Herseqovina Respublikasının müdafiə naziri arasında görüş olub

Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizə gələn Bosniya və Herseqovina Respublikasının müdafiə naziri cənab Sifet Podçiç ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili və digər məsələlər müzakirə edilib.

Xudaferin.eu


 

16:20