09 May 2018

İsrailin hava hücumu nəticəsində iranlı hərbçilər həlak olub

İsrailin Dəməşqin cənubunda İrana aid hərbi obyektlərə endirdiyi zərbələr nəticəsində azı 15 nəfər həlak olub.

Xudaferin.eu xəbər verir ki, bu barədə VOA Suriya insan haqları müşahidə qrupuna istinadən məlumat yayıb.

Təşkilatın məlumatına görə, ölənlərdən səkkizi İran vətəndaşlarıdır.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Trampın İranla bağlanmış nüvə sazişini ləğv etməsindən çox keçməmiş, İsrail qırıcılarının Suriyanın Əl-Kisvə rayonuna hava hücumu həyata keçirdiyi barədə xəbər yayılıb.

Ərdoğan: Uduzan ABŞ olacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın İranla nüvə sazişindən imtina etməsi məsələsini dəyərləndirib.

Xudaferin.eu Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan bu məsələdə ABŞ-ı ittiham edib:

“Uduzan ABŞ olacaq. Çünki əldə etdiyiniz razılaşmaya sadiq qalmırsınız. Beynəlxalq razılaşmaları istədiyiniz anda pozursunuz, nə istəsəniz, edirsiniz. Belə şey olmaz”. 

Xudaferin.eu

Yaponiya XİN: ABŞ-ın İranla nüvə razılaşmasından çıxması Tokioda təəssüf hissi doğurur

Yaponiya ABŞ-ın İranın nüvə proqramı ilə bağlı razılaşmadan çıxmasından təəssüfləndiyini bildirib. Belə ki, bu, həmin razılaşmanın həyata keçirilməsinə mane ola bilər.

Xudaferin.eu xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Taro Kononun mayın 9-da yayılmış bəyanatında deyilir.

Misir İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin həllində ərəb ölkələrinin iştirak edəcəyinə ümid bəsləyir

Misir ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxması ilə yaranmış vəziyyətin inkişafını maraqla izləyir və ərəb ölkələrinin bu problemin həllində iştirak edəcəyinə ümid bəsləyir. Bu barədə Misirin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İkinci Dünya müharibəsində Slovakiya ərazisində dəfn edilmiş 281 azərbaycanlının adı müəyyənləşdirilib

İkinci Dünya müharibəsi zamanı - 1941-1945-ci illərdə Slovakiyada faşizmə qarşı döyüşmüş, bu ərazidə həlak olmuş və dəfn edilmiş Azərbaycan vətəndaşlarının axtarılması ilə bağlı 2017-ci ildə Azərbaycan Respublikasının Slovakiyadakı diplomatik nümayəndəliyi bir sıra araşdırmalar həyata keçirib, müvafiq qurumlarla iş aparıb.

Türkiyə Prezidentinin sözçüsü: ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxması yeni qarşıdurmalara səbəb olacaq

ABŞ-ın İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxması sabitsizliyə və yeni qarşıdurmalara səbəb olacaq.

Xudaferin.eu Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın açıqlamasını şərh edən Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib. O qeyd edib ki, çoxtərəfli razılaşma digər ölkələrlə davam etdiriləcək. Türkiyə nüvə silahının hər növünə qarşıdır və bu mövqeyində qalır.

Xudaferin.eu

“Euronews” telekanalının italyan dilindəki saytında Möminə xatun türbəsi haqqında məlumat yerləşdirilib

“Euronews” telekanalının italyan dilindəki saytında məşhur Azərbaycan memarı Əcəmi Naxçıvani tərəfindən tikilən və UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilən Möminə xatun türbəsi haqqında məlumat yerləşdirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, yazıda abidənin tarixi və memarlıq xüsusiyyətləri, Möminə xatunun həyatı haqqında bəhs olunub.

Fransa, Almaniya və Böyük Britaniya İranla bağlanmış nüvə sazişinə sadiqdirlər

Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın Baş naziri Tereza Mey arasında telefon danışığı olub.

Xudaferin.eu Anadolu agentliyinə istinadla xəbər verir ki, telefon danışığı zamanı Fransa, Almaniya və Böyük Britaniya liderləri ABŞ-ın İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxmasını müzakirə edib, Trampın qərarını kədər və narahatlıqla qarşıladıqlarını bildiriblər.

Madriddə “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin nümayişi keçirilib—FİLM

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

“ƏSA” Teatrı ABŞ-da “Konqres mükafatı”na layiq görülüb

Əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv “ƏSA” Teatrı hazırda ABŞ-da ölkəmizi təmsil edir. Ötən gün teatrın rəhbəri, rejissor Nihad Qulamzadə Amerika Konqresinin üzvü Mark Amodei tərəfindən “Konqres mükafatı”na layiq görülüb.

AZƏRTAC-a teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, böyük nüfuza malik olan mükafat “ƏSA” Teatrına “Open World” proqramında iştirak etdiyinə görə verilib.

ABŞ-ın Nevada ştatının qubernatoru Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Bəyannamə imzalayıb

ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik Bəyannaməsi imzalayıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilmiş təbrik Bəyannaməsində qubernator bu tarixi yubiley münasibətilə Nevada ştatı adından Azərbaycanı təbrik edir və ən xoş arzularını çatdırır.