ABŞ-ın Nevada ştatının qubernatoru Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Bəyannamə imzalayıb

ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik Bəyannaməsi imzalayıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilmiş təbrik Bəyannaməsində qubernator bu tarixi yubiley münasibətilə Nevada ştatı adından Azərbaycanı təbrik edir və ən xoş arzularını çatdırır.

Xudaferin.eu bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Qeyd edək ki, bu, Nevada ştatının qubernatoru B.Sandoval tərəfindən Azərbaycana dair imzalanmış ilk Bəyannamə deyil. Belə ki, qubernator 2017-ci ildə Xocalı soyqırımı ilə də bağlı Bəyannamə imzalayaraq bu faciəni pisləmişdi.

Respublikaçılar Partiyasına mənsub olan qubernator B.Sandoval 2011-ci ildə keçirilmiş seçkilərdə qalib gələrək bu vəzifəyə seçilib.

 

 

13:01