Yaponiya XİN: ABŞ-ın İranla nüvə razılaşmasından çıxması Tokioda təəssüf hissi doğurur
Yaponiya ABŞ-ın İranın nüvə proqramı ilə bağlı razılaşmadan çıxmasından təəssüfləndiyini bildirib. Belə ki, bu, həmin razılaşmanın həyata keçirilməsinə mane ola bilər.
Xudaferin.eu xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Taro Kononun mayın 9-da yayılmış bəyanatında deyilir.
“Biz bunun əldə edilmiş şərtlər çərçivəsində nüvə razılaşmasının həyata keçirilməsinə böyük təsir göstərəcəyindən təəssüfləndiyimizi bildiririk. Yaponiya Yaxın Şərqdə sabitliyin qorunmasına xidmət edən nüvə silahının yayılmaması barədə beynəlxalq razılaşmanı dəstəkləyir”, - deyə bəyanatda vurğulanır.
T.Kono, həmçinin qeyd edib ki, Yaponiya İranın nüvə proqramı problemi ilə əlaqədar iştirakçı ölkələrlə imzalanmış müqavilənin qorunması üçün danışıqları davam etdirəcək.
Xatırladaq ki, mayın 8-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın nüvə proqramı ilə əlaqədar razılaşmadan çıxdığını elan edib.
Böyük Britaniya, Almaniya və Fransanın liderləri Tereza Mey, Angela Merkel və Emmanuel Makron D.Trampın bəyanatından sonra razılaşmanın iştirakçılarını onu bütünlüklə icra etməyə çağırıblar.

Xudaferin.eu
14:56
Digər xəbərlər