Buxarest Sazişi - Xəzər dənizini Qara dənizə bağlayacaq körpünün təməli
Hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunur. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll edilə bilməz. Yəni, Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Bu reallığı tərəfdaşlıq etdiyimiz böyük ölkələr də bölüşürlər. Qlobal və regional enerji təhlükəsizliyinin təmin edilməsində əsas rollardan birinə malik olan Azərbaycan bu istiqamətdə mühüm layihələr həyata keçirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.
Deputat Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Avropanın enerji təchizatında əsas ümidi olan Azərbaycanın dekabrın 17-də Rumıniyada daha bir tarixi uğura imza atdığını bildirərək deyib: “Buxarestdə "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması, ilk növbədə, Azərbaycanın iqtisadi qüdrətinin təntənəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Sazişin icrası Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verəcəyi ümumi töhfə olacaq”.
Hazırda Prezident İlham Əliyevin yürütdüyü enerji siyasətinin əsas tərkib hissələrindən birinin məhz yaşıl enerji olduğunu diqqətə çatdıran A.Məmmədov Azərbaycanın bu istiqamətdə uzunmüddətli hədəflər müəyyənləşdirdiyini və uğurlu layihələr həyata keçirdiyini qeyd edib. “Azərbaycan 2030-cu ilədək “yaşıl artım” ölkəsinə çevrilməyi və ətraf mühitin təmizliyinə nail olmağı planlaşdırır. Buxarestdə imzalanan Saziş də göstərdi ki, Azərbaycan Avropaya digər enerji - yaşıl enerji körpüsünü salmağa başlayır. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən də yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Buxarestdəki tədbirdə xüsusilə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin iştirakı Avropa İttifaqının son zamanlar daha çox Azərbaycanla əməkdaşlığın genişlənməsinə marağından irəli gəlir. Mövcud saziş isə ölkəmizlə Aİ arasındakı tərəfdaşlığı artıracaq”, - deyə A.Məmmədov əlavə edib.
Deputat bildirib ki, Azərbaycan Avropaya “mavi yanacaq”la yanaşı, bərpaolunan enerji də ixrac edəcək. Başqa sözlə desək, Azərbaycan külək və günəş enerjisi istehsalını artırmaqla Gürcüstan və Qara dənizdən çəkiləcək elektrik xətti vasitəsilə Avropa ölkələrinə ekoloji baxımdan təmiz enerji ixrac edəcək. Bu isə Azərbaycan ilə Avropa arasında əməkdaşlığın yeni sahəsi olacaq. Digər tərəfdən, bu müqavilə Xəzər dənizini Qara dənizə bağlayacaq bir körpü oldu. Azərbaycanın elektrik enerjisini Gürcüstan, Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqının digər dövlətlərinə çatdırması isə bu layihənin rəqəmsal kommunikasiya bağlantısı olacağından xəbər verir. Belə olan halda, Avropa İttifaqı bu layihənin təhlükəsizliyini gücləndirəcək, beləliklə, Bakı ilə Brüssel arasında təmaslar daha da artacaq.
“Buxarestdə Prezident İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannis ilə görüşündə Sazişin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi növbəti mühüm töhfə olduğu bir daha vurğulandı”, - deyə Anar Məmmədov fikirlərini yekunlaşdırıb.

Xudaferin.eu
15:29
Digər xəbərlər