Britaniya polisi: Londonda yanğın azı 79 nəfərin həyatına son qoyub

 

Polisin son qiymətləndirməsi göstərir ki, Londondakı “Grenfell Tower” yaşayış binasında baş vermiş yanğının qurbanları azı 79 nəfərdir.

Bu məlumatı bazar ertəsi günü jurnalistlərə polis rəisi Stüart Kandi açıqlayıb. “Təəssüflə deməliyəm ki, bizim məlumatlarımıza görə, indiyədək 79 nəfər ya həlak olub, ya da itkin düşüb, lakin mən güman etməyə məcburam ki, onlar da (itkin düşənlər) ölüblər”, - Britaniyanın Sky News telekanalı onun bu sözlərini sitat gətirib. Polis rəisi əlavə edib ki, ölənlərdən bir neçəsinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Xatırladaq ki, iyunun 14-nə keçən gecə Londonun qərbindəki 24 mərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğın nəticəsində azı 30 nəfərin həlak olduğu rəsmən təsdiqlənib.

Xudaferin.eu
“Avropa Bürosu”

09:19