Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir
Böyük Britaniya vətəndaşları iyunun 8-də yeni hökuməti formalaşdıracaq siyasi qüvvəni seçəcəklər.
Baş nazir Tereza Meyin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası sosioloji sorğularda uzun müddət liderlik edirdi. Növbədənkənar parlament seçkiləri ərəfəsində isə torilərin populyarlığı sürətlə aşağı düşməyə başlayıb.
“YouGov” şirkətinin Mançesterdəki terror hücumuna qədər keçirdiyi rəy sorğusunun nəticələrinə görə, Mühafizəkarlar Partiyasını seçicilərin 44 faizi dəstəkləyirdi. Leyboristlər Partiyasına rəğbət bəsləyənlər isə yalnız 35 faiz təşkil edirdi. Mayın 22-də Mançestrdə, iyunun 3-də Londonda baş verən terror aktlarından sonra qüvvələr nisbəti dəyişir: hakim partiya səsləri itirir, leyboristlər əlavə səs yığırlar. Buna qədər mühafizəkarlar kifayət qədər inamlı görünürdüsə, son günlərin hadisələri onları narahatlıq keçirməyə vadar edib.
Rəhbərlik etdiyi partiyanın reytinqinin aşağı düşməsinə baxmayaraq, Tereza Mey növbədənkənar parlament seçkiləri elan etməsinə təəssüflənmir. Onun fikrincə, Brüssellə qarşıdakı çətin “brexit” danışıqlarında uğur qazanmağın yolu seçkidən keçir.

Xudaferin.eu
“Avropa Bürosu”
09:51
Digər xəbərlər