Borçalının inkişafı ilə bağlı möhtəşəm tədbir

 

Bu məqsədlə Rustavidə Borçalı (Kvemo Kartli) biznes forumu keçirildi

 

BUSINESS GEORGIA-nın təşkilatçılığı ilə “Borçalı İnkişaf Agentliyi”nin və Kvemo Kartli Qubernatorluq administrasiyasının dəstəyi ilə, Rustavidə Kvemo Kartli biznes forumu keçirilib. Forumda yerli və xarici biznesmenlər, investorlar, beynəlxalq və yerli qeyri- hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər. Tədbirə Borçalı (Kvemo Kartli)  vilayətinin qubernatoru Qriqol Nemsadze, Gürcüstanda akretasiyalı diplomatik korpus nümayəndələri və bölgənin yerli bələdiyyələrinin rəhəbrləri təşrif buyurmuşdular.

Görüş sual-cavab şəraitində ikitərəfli əməkdaşlığın perspektivliyini və gələcək planlar barədə müzakirələr şəklində keçirildi. Biznes forumun məqsədi Gürcüstanda, regional inkişafın sürətlənməsinə dəstək və eləcədə regionda gürcü və xarici biznesmenlərin investisya marağını artırmaq idi

Xudaferin.eu
Gürcüstan, “Tiflis Bürosu”

 

09:52