Biz yazıçıyıq!

 

 

 

Azərbaycan Respublikasının aydınları İran prezidentinə müraciət etdilər

Cənab prezident, Dr. Həsən Ruhani!

Öncə, yenidən prezident vəzifəsinə seçildiyiniz üçün sizi təbrik edirik. Sizin başçılığınız altında ölkədə əmin-əmanlığın, siyasi-iqtisadi inkişafın və regionda sülh və qardaşlığın artacağına inanırıq. İndi isə, zati-alilinizin vaxtını almadan, öz müraciətimizi bildirmək istəyrik. İranda yaşayan Azərbaycan Türkləri ilə bizim dil və soy birliyimiz vardır. Belə bir qardaşlıq, qandaşlıq və soydaşlığımızın təməlində bugün iki ölkə arasında strateji önəm  daşıyan yüksək siyasi-iqtisadi əlaqələr qurulmuşdur. Biz qonşu dövlət olmaqla bərabər, ortaq dil, mədəniyyət və inanc daşıyıcılarıyıq. Bu mədəniyyət bağlarının güclənməsi və əbədiləşməsi üçün ölkələrimiz arasında elmi, ədəbi, siyasi vә iqtisadi əlaqələrin günü-gündən artacağına ümid edirik. Dil, mədəniyyət və sivilizasiyanın ən böyük qazanc və uğurlarından biridir. "Dil varlığın evidir" həm də.
Zati-aliniz tərəfindən ilk dəfə olaraq “Azərbaycan Türk Dili Qurumu”nun təsis ediləcəyi haqda söz verilmişdi. Buna görə, sizin Azərbaycan Türkcəsiinə verdiyiniz önəm vә göstәrdiyiniz diqqәt alqışa layiqdir. Ancaq, tәәssüf ki, bu günә qәdәr bu qurum, hәlә də yaradılmayıb. Bildiyiniz kimi, indi bir çox dildaş və soydaşlarımız Güney Azərbaycanda Ana Dilinin məktəblərdə rəsmi şəkildə tədris edilməsi hüququnu müdafiə etdikləri üçün uzun müddətli həbslərə məruz qalıb. Həmin fəallardan biri də, yazıçı vә şair Siyamək Mirzayidir. O, 2016-ci il iyulun 14-dən etibarən Tehranın Evin dustağında saxlanılır. Təəssüf ki, ona, 10 il zindan və 2 il Xorasan əyalətinin Təbəs şəhərində sürgün hәyatı yaşamaq cəzası verilib. Ancaq, bildiyimizə görə, hələlik bu hökmün icra olunmasına başlanmayıb.

Cənab prezident!

Siyamək Mirzayi bu ədalətsiz cəzaya öz etirazını bildirmək üçün 14 gündür ki, aclıq aksiyasına başlayıbd (2017- ci il iyunun 18-dən). Onun həyat yoldaşı, ailəsi və yazıçı-şair dostları Siyamək Mirzayinin həyatına yaranmış təhlükəyə görə qorxu və iztirab içindədilər. Siyamək Mirzayinin həyatı və sağlamlığı böyük təhlükə altındadır.

Cənab prezident!

Sizi, ölkənizin vətəndaşı olan istedadlı bir yazıçısının həyatını qorumağa çağırıtrıq. Xahiş edirik ki, Siyamək Mirzayinin aclıq aksiyasını dayandırması üçün əlinizdən gələni edəsiniz. Biz, Azərbaycan Respublikasının azad və müstəqil yazıçı, şair, tərcüməçi, jurnalist, filosof və ziyalıları olaraq, sizdən, Siyamək Mirzayinin azadlığa buraxılmasını xahiş edirik. Sizin İranda demokratiya, azadlıq və insan haqları uğrunda apardığınız reformaları yüksəsk səviyyədə qiymətləndirir və dəstəkləyirik. Sizin siyasi-iqtisadi və ictimai sahələrdə gördüyünüz faydalı işlər həm də region dövlətləri və milətlərini sevindirir. İnanmaq istərdik ki, ixtisasca hüquqşünas olan prezidentin başçılıq ediyi bir dövlətdə Siyamək Mirzayiyə qarşı kəsilən ağır və ədalətsiz qərar ləğv ediləcək.
Dərin hörmət və sevgi ilə.
 

Məktubu imzalayanlar; Azərbaycan Respublikasının yazıçı, şair, jurnalist, tərcüməçi, filosof və ziyalıları:

1- Aqşin Yenisey (Türkiyә)

2- Züleyxa NaEl Şirinova (Azәrbaycan)

3- Aqşin Evrәn (Azәrbaycan)

4- Araz Gündüz (Rusiya)

5- Niyazi Mehdi (Azәrbaycan)

6- Zümrüd Yağmur (Azәrbaycan)

7- Vahid Qazi (İsveç)

8- Jalә İsmayıl (Polşa)

9- Rәşad Mәcid (Azәrbaycan)

10- Bilal Alarlı (Azәrbaycan)

11- Eldәniz Quliyev (Azәrbaycan)

12- Sultan Mirzәli (Rusiya)

13- Әşrәf Hüseynli (Azәrbaycan)

14- Әliş Әvәz (Rusiya)

15- Zahir Әzәmәt (Azәrbaycan)

16- Mübariz Örәn (Azәrbaycan)

17- Seyfәddin Altaylı (Türkiyә)

18- Namiq Hüseynov (Azәrbaycan)

19- Şәhriyar Delgerani (Azәrbaycan)

20- Vәfa Nağı (Türkiyә)

21- Azad Qaradәrәli (Azәrbaycan)

22- Yeganә Hacıyeva (Azәrbaycan)

23- Alov İnanna Eyvazova (Almaniya)

24- Natiq Adilov (Azәrbaycan)

25- Dilqәm Әhmәd (Azәrbaycan)

26- Nәrmin Kamal (Azәrbaycan)

27- Ağalar Qut (Almaniya)

28- Yasәmәn Qaraqoyunlu (Azәrbaycan)

29- Emin Aslan (Azәrbaycan)

30- Murad Köhnәqala (Azәrbaycan)

31- Çingiz Hüseynov (Azәrbaycan)

Xudaferin.eu

09:27