Beynəlxalq Bankın 3 milyardlıq “oyunu”

 

Azərbaycan Beynəlxalq Bankı (ABB) üzərindən xaricə çıxarılan 10 milyard civarında dollar ölkə iqtisadiyyatına ciddi zərbə vurdu.Dövlət vəsaitinin mənimsənilməsinə görə o zamankı bank rəhbəri Cahangir Hacıyev həbs olundu.ABB ətrafında yaranan bu qalmaqalın istintaqı hələ də davam edir.Yayılan məlumatlardan görünür ki, bank ətrafında baş cinayətlər daha fərqli istiqamətə gedir.Görülən tədbirlərə baxmayaraq ABB üzərindən xaricə çıxarılan milyardlarla vəsaitin geri qaytarılması mümkün olmayıb.Bununla paralel olaraq dövlət yenə də ABB-nin borcunu öz üzərinə götürüb.

ABB-nın İdarə Heyətinin sədri Xalid Nurəddin oğlu Əhədov Reuters-ə açıqlamasında deyib ki, Bankın 3 milyard dollar borcunu hökumətin üzərinə götürəcəyinə ümid edir.Bank rəhbəri bunu ABB-nin yenidən maliyyələşdirilməsi çərçivəsində olacağını deyib.Ümumiyyətlə, dövlətə bu qədər zərər vuran bankın fəaliyyətində hökumət niyə maraqlıdır?

Əslində hökumət ABB-nin aktivlərinin sağlamlaşdırılmasıda maraqlı tərəfdir.Çünki, bankın özəlləşdirilməsi üçün ABB-nin aktivlərinin sağlamlaşdırılması və gəlirlərinin müsbət saldoya çatdırılmasına ehtiyac var. Ancaq bu prosesin gedişinə nəzər saldıqda görünür ki, bankın bütün yükünü hökumət öz üzərinə götürüb.Doğrudur, ABB-də ən çox səhmlərin sahibi məhz dövlətdir.Ancaq bununla yanaşı bankın digər səhmdarları da var. Ancaq onlar bankın sağlamlaşdırılması üçün heç bir nəzərə çarpacaq addım atmırlar.

ABB-nin özəlləşdirilməsi bir müddət öncə gündəmə gəlsədə sonradan bu məsələ hökumətin gündəmindən düşdü. ABB-nin özəlləşdirməyə çıxarılmamasının səbəbi digər səhmdarların bu məsələyə fərqli münasibət göstərməsidir.Bir müddət öncə ABB-nin səhmlərinin bir hissəsidə dövlətin nəzarətinə keçdi.Bu da səhmdarlardan birinin öz səhmlərini satması anlamına gəlir. Hökumət isə bankın borcunu ödəməklə ABB-də yeni bir dövrün başlanğıcını qoymaq istəyir. Ancaq bu məsələdə də qaranlıq qalan məqamlar var. Belə ki, hökumət ötən il də bu cür addım atdı və ABB-nin borclarını ödəməsi üçün Dövlət Neft Fondu vasitəsiylə banka 1 milyard dollar vəsait ayrıldı. Ancaq sonradan məlum oldu ki, o, zamankı bank rəhbərliyi Dövlət Neft Fondundan aldığı 1 milyard dolları aidiyəti üzrə xərcləməyib. Əlavə gəlir əldə etmək məqsədiylə ABB-nin o zamankı rəhbəri Elmar Məmmədov həmin 1 milyard dolları “qara bazar”a ötürüb. E.Məmmədovun bankın idarəçiliyindən uzaqlaşdırılmasının səbəbi də məhz bu oldu.İndi isə hökumət bankın növbəti 3 milyard dollar borcunu ödəmək niyyətindədir. Maraqlıdır, hökumətin banka verəcəyi 3 milyard dollar həqiqətən də borcların ödənilməsinə yönləndiriləcək? Hər halda bu gün hökumətin bu sual ətrafında 2 dəfə düşünməsi vacibdir.10 milyard, ardınca 1 milyard, indi isə 3 milyard dollarda əvvəlki kimi şəxs maraqlara qurban gedərsə vəziyyət daha da kritik hal alacaq.

Vilayət Muxtar

Cebhe.info

 

11:43