Babək qalasın yürüşdə Milli Qəhrəman anıldı, Güneyli milli isə fəallar tutuqlandı

 

Güney Azərbaycanda artıq ənənə şəklini almış Babək Qalasına demək olar ki, bu dəfə insan selinin ardı-arası kəsilmədi. Güney Azərbaycanın Qəzvin, Həmədan, Zəngan, Savə, Xorasan, Məşhəd, Qoşaçay, Sulduz, Makı, Mərənd, Miyana, Xoy, Zunuz, Urmu və başqa şəhərlərindən gələn milli fəallar Savalan dağının zirvəsinə də yürüş ediblər. 

Babək Qalasında ötən illərdən fərqli olaraq, bu dəfə xalq yürüşü həm də geniş miqyaslı toplantılara çevirlib. Babək Qalasına yürüş mərasimi zamanı faktiki olaraq, mollakratiya rejimi bölgəyə çoxsaylı güvənlik güclərini də gətirmişdir. Rejimin güvənlik gücləri bu dəfə xalqa qarşı hər hansı bir basqıları yapmasa da, demək olar ki, durumu öz nəzarətinə almaq üçün çox böyük şabalar göstərməyə çalışdı. Bütün yollarda postların qurulması və əhaliyə süni şəkildə psixiloji baxımdan basqılar yönəldidlsə də, bütün bunlar heç bir nəticə verməmişdir.
Onu da qeyd edək ki, Babək Qalasına yürüş edənlərin qarşısında çıxış edən Tohid Əmir Əmini sonradan yoxa çıxmışdır. Bununla yanaşı, Güney Azərbaycan Milli Hərəkatının fəallardan Əkbər Cahangiri (Əhər), Hamid Rəvadi (Ərdəbil), Murtaza Pərvin (Ərdəbil), Eəhim Novruzi (Ərdəbil) və başqaları mollakratiya rejiminin güvənlik birlikləri tərəfindən tutuqlanıblar. Buna görə də Güney Azərbaycan Milli Hərəkatının fəalları onların haqları uğrunda mübarizəyə başlamışlar.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:26