"AzərRos"-un prezidentliyinə yekdil namizəd - Şamil Tağıyev

Dünən Moskva şəhərində Moskva vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyətinin İdarə heyətinin geniş tərkibdə iclası baş tutmuşdur. İdarə heyətinin üzvləri səs çoxluğu ilə aprelin 24-də keçirilməsi planlaşdırılan Rusiya azərbaycanlılalrının Federal milli-mədəni muxtariyyətinin qurultayında təşkilatın Prezidenti postuna Şamil Tağıyevin namizədliyini irəli sürmüşlər. Bundan başqa, qurultaya nümayəndələr və Federal Şuraya namizədlər də seçilmişdir.

Demək olar ki, bütün regional təşkilatlar onun namizədliyini dəstəkləmişdir. Avropada "Azərbaycanın Dostları Cəmiyyəti" də Şamil Tağıyevi təşkilatın prezidenti kimi görmək istəyənlər və onu dəstəkləyənlər sırasındadır.

Şamil Ələsgər oğlu Tağıyev 14 iyul 1986-cı ildə Gəncə şəhərində anadan olmuşdur. İbtidai təhsilini (V sinifədək) Gəncə şəhərində Nekrasov adına 19 saylı orta məktəbdə almışdır. Lakin ailəsinin Moskvada yaşaması ilə əlaqədar Moskva şəhərinə köçmüş və təhsilini də bu şəhərdə davam etdirməyə başlamışdır. O, Moskva Maliyyə və Hüquq Akademiyasının məzunudur. Həmçinin Rusiya Dövlət Humanitar Universitetinin Bibliestika və iudaika Mərkəzində magistr dərəcəsi almışdır. İctimai, sosial. idman və mədəniyyət sahələrində göstərdiyi xidmətlərə görə dəfələrlə yüksək nominasiyalı sertifikatlara və fəxri fərmanlara, müxətlif qurumların diplomlarınaa layiq görüşlmüşdür.

Şamil Tağıyev 2012-ci ilədək Ümumrusiya Azərbaycanlıları Konqresinin Gənclər qanadının rəhbəri olmuşdur. 2016-cı ildə Ümumrusiya Azərbaycan Konqresinin Moskva şöbəsinin icraçı direktoru, 2018-ci ilədək "Azərbaycan Mədəniyyətinin İnkişaf və Yüksəliş Fondu"nun direktoru kimi ali vəzifələri vəzifələri layiqincə icra etmişdir.

2018-ci ildən indiyədək "Moskvanın azərbaycanlılar icması"nın və eyni zamanda Rusiya Yaxın Şərq Assosasiyası yanında Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin sədridir.O həmçinin "Yer estafeti" Beynəlxalq Ekoloji Hərəkat üzrə proqramın koordinatoru, Rusiya Konqresi Qafqaz xalqlarının Gənclərlə iş üzrə komitəsinin üzvü, Rusiyada Federasiyasında azərbaycanlıların milli-mədəni federal muxtariyyətinin - "AzərRos"un üzvüdür.

Azərbaycan, rus və türk dillərini bilir.

Ailəlidir. İki övladı var.

P.S. Adını çəkilməsini istəməyən Gəncə şəhərindən olan soydaşımız isə redaksiyamızla əlaqə saxlayaraq dönə-dönə vurğulamağımızı istədi ki, bu şəxs istər ana tərəfdən, istərsə də ata tərəfdən 7 arxa dönəmi türk oğlü türkdür. Soydaşımızın sözünü yerə salmayıb onun xahişinə əməl edəcəyimizə söz vermişdik.

 

"Xudafərin" jurnalının Moskva bürosunun müxbiri

Məzahir İnçəli

16:17