“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanuna dəyişikliklər ikinci oxunuşda təsdiq edilib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanuna dəyişiklikləri birinci oxunuşda təsdiq edib.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, qanun layihəsi parlamentin yaz sessiyasının fevralın15-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Dəyişikliklərə əsasən qanunun Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı 9.6-cı maddəsində “Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə)” sözləri “Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə)” sözləri ilə, “tələbat” sözü “təminat” sözü ilə əvəz edilir.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xudaferin.eu

23:32