Azərbaycan ilə Serbiya arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş təsdiqlənib

Azərbaycan ilə Serbiya arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş təsdiq edilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin fevralın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Xatırladaq ki, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş 2022-ci il noyabrın 23-də Belqrad şəhərində imzalanıb.

Qeyd edək ki, readmissiya dövlət tərəfindən digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni olan şəxslərin (öz vətəndaşları, onun ərazisi vasitəsilə təyinat ölkəsinə daxil olan üçüncü ölkə vətəndaşları və ya onun ərazisində daimi qeydiyyatda olan vətəndaşlığı olmayan şəxslər) geri qəbul edilməsidir. Readmissiya sazişi isə hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılması proseduralarını müəyyənləşdirən razılaşmadır.

Xudaferin.eu

16:33