Avropanın on ölkəsində istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib

 

 

Avropa ölkələrinin bəzi rayonlarında havanın temperaturu 50 dərəcəyə çatıb.

On Avropa ölkəsinin hakimiyyət orqanları anormal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edib. Ekstremal hava şəraitinin səbəb olduğu yüksək təhlükə səviyyəsi Macarıstan, İsveçrə, Bosniya və Herseqovina, İtaliya, Monteneqro, Xorvatiya, Serbiya, Rumıniya, Polşa və Sloveniya kimi ölkələrin ərazilərində tətbiq edilib.

“Eumetnet” Avropa Meteoxidmətlər Şəbəkəsinin məlumatına görə, bu ölkələrdə havanın temperaturu son vaxtlar artaraq 50 dərəcəyə çatıb. Temperaturun 40 dərəcəyə çatdığı Bolqarıstan, Yunanıstan, İspaniya, Fransa və Makedoniyada “narıncı” təhlükə səviyyəsi elan edilib. Xatırladaq ki, daha əvvəl Yaponiyada anormal isti hava üzündən altı nəfər ölüb, iki mindən çox adam xəstəxanalıq olub.

Xudaferin.eu
“Avropa Bürosu”

09:57