Avropa Parlamenti Azərbaycan hakimiyyətinin korrupsiyasını müzakirəyə çıxarır

 

Sloveniyanın NLB maliyyə qrupunun işi və Pulyuma maşınının Azərbaycanla bağlı üzə çıxartdıqları Avropa Parlamentində müzakirə olunacaq.

Sorğu Komitəsi Avropa Birliyi Qanununda vergidən yanınma və bir sıra çirkli puların yuyulmasına imkan yaratması ehtimal olunan ziddiyyətləri və çatışmazlıqları araşdıracaq. 28 noyabr 2017-ci il tarixində PANA Komitəsi NLB maliyyə qrupu və Azərbaycan Pulyuma Maşınının üzə çıxartdığı faktlarla bağlı dinləmə keçirəcək.

Dinləmələr iki paneldən ibarət olacaq və birinci paneldə Sloveniyanın ən böyük maliyyə qrupu olan NLB maliyyə qrupunun məsələsi maraqlı tərəflərin iştirakı ilə müzakirəyə çıxarılacaq. İştirakçılar həmçinin Sloveniyanın bank sistemi ilə bağlı məsələləri də müzakirə etmək imkanı qazanacaqlar. İkinci panel Azərbaycan Pulyuma Maşını mövzusuna həsr olunacaq və orada araşdırmaçı jurnalistlər konsorsiumu tərəfindən açıqlanmış faktlar müzakirə ediləcək.

 

Azadliq.info

 

09:57