Arşi Qızılbaş: Şuşaya gedəndə çox həyəcanlı idim və elə bilirdim ki, bu qədim diyara atla gedirəm

Tarixə baxsaq, biz hamımız Əfşar nəslinin nümayəndələriyik. Qarabağın, Şuşanın işğaldan azad edilməsi hər bir qızılbaşlını sevindirdi.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri QQİT-nin sədr müavini “Delta Health Group” şirkətinin baş direktoru Arşi Qızılbaş (Kanada) noyabrın 27-də Bakıda keçirilən “Azərbaycanda qızılbaş irsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfransda səsləndirib.

“Mən Şuşaya gedəndə çox qəribə hisslər keçirirdim və bunu sözlə ifadə edə bilmirəm. Çox həyəcanlı idim, mənə elə gəlirdi ki, bu qədim diyara atla gedirəm. Düşünürəm ki, bu hisslər əcdadlarımızın qəhrəmanlıqlarını ifadə edən bir hiss idi”, - deyə Arşi Qızılbaş bildirib. O vurğulayıb ki, qızılbaşlar Azərbaycan beynəlxalq imicinin təbliğində əllərindən gələni əsirgəmirlər.

“Məqsədimiz Qızılbaş Qlobal İrsi Təşkilatının inkişafına, eləcə də Birləşmiş Millətlər Təşkilatı və UNESCO tərəfindən dünya irsini qoruyan bir təşkilat kimi tanınmasına nail olmaqdır”, - Arşi Qızılbaş vurğulayıb.

Xudaferin.eu

16:05