Ankarada etiraz aksiyası

 

Ankarada “Cümhuriyyət Xalq Partiyası”nın (CHP) deputatı Enis Bərbəroğlunun həbsinə etiraz olaraq aksiya keçirilib. Aksiyada onminlərlə adam iştirak edib. Onlar əllərində “həbs edilmiş deputatlara ədalət” sözləri yazılmış plakatlar tutublar. CHP-nın lideri Kemal Kilicdaroglu isə buna etiraz olaraq Ankaradan İstanbula 425 kilometrlik yürüş təşkil edib.

Bərbəroğlu dövlət sirrini mətbuata sızdırma ittihamı ilə 25 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, CHP hakim AKP-dən (Ədalət və İnkişaf partiyası) sonra ölkədə ikinci böyük partiyadır.

Bərbəroğlu 2016-cı il 15 iyul qiyam cəhdindən sonra bu partiyadan həbs olunan ilk deputatıdır. Amma bu müddət ərzində böyüklüyünə görə ölkədə 3-cü olan kürdpərəst “Xalq Demokrat Partiyası”nın onlarla deputatı həbs olunub.
Sonb Ana Yasa Referendumundan sonra, hakim AKP rejimi ona qarşı müxalif olan siyasi çevrələri təqiblərə başlamışdır. Özəlliklə də AKP-nin qanuna zidd əməllərini ifşa edən qəzetçilər, sivil toplum təşkilatları və siyasi partiya nümayəndələri çeşidli təqiblərə məruz qalırlar. Türkiyə yasalarına görə cümhur başqan hər hansı bir siyasi partiyanı təmsil edə bilməz. Ancaq, hakim AKP və cümhur başqan Rəcəb Təyyib Ərdoğan bir araya gələrək, partiyanın qurultayından yenidən onu partiya sədri vəzifəsinə seçiblər. Buna qarşı etiraz edənləri isə, dolayı saxta ittihamlarla həbsxanalara atırlar.  
Ötən gün Ankarada CHP-nin liderliyində möhtəşəm bir mitinqin keçirilməsi bu səbəbdən baş tutmuşdur.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

 

09:21