AKP iqtidarından Türkiyə dövlətinə qarşı böyük rəzalət

 

 

Mollaxanalara adi orta məktəblərdən fərqli olaraq, 17 dəfə artıq vəsait ayrılır

 

Türkiyədə 2002-ci ildən iqtidarda olan AKP rejimi 2017-2019-cu illər tədris ili üçün dodaq uçuran rəqəmli ortaya qoyub. Belə ki, “imam xətib” (mollaxana) mətkəbələrinin tikintisinə 1.7 milyard, adi orta məktəb tikintisinə isə 109.6 milyon lirə ayrılıbdır. Bütün bu prosesə isə AKP iqtidarını təmsil edən milli eyitim (təhsil) nazirliyi rəhbərlik edir.   
Təhsil üzrə iqtisadi təhlillər mütəxəssisi Mahfi Egilmez bildirib ki, bu rəqəmlər ölkənin tamamilə yaxın gələcəkdə iflasına səbəb ola bilər. “Dünya”qəzetinin yazarı Özcan Kadıoğlu isə öz yazısında bildirib ki, orta məktəblərin maddi-texniki bazasının yüksək səviyyədə qurulması əvəzinə, AKP iqtidarı məscid-mollaxana siyasətini dövlət büdcəsi hesabına gücləndirməyi hədəf seçib. Orta məktəbələr üçün müəllimlər yetişdirmək əvəzinə, bu gün daha çox dini təhsil verə biləcək kdarlara üstünlük veriıməsi gerçəkdən cəhalətin acı sonucu deməkdir. Orta məktəblərdə yeni fənlərin tədrisinin artırılmasının qarşılığında bütün imkanlar “imam xətib” (mollaxana) məktəblərinə yönləndirilibdir. Halbuki, orta məktəblərdə laboratoriyaların yaradılması, yeni elmi məsələlərin şagirdlərin birgə iştirakı ilə araşdırılması ölkədə elmin inkişafına daha böyük təkan verə bilər.      

Orta məktəblərdə “mollaxana” sinifləri də açılacaq

 

Hakim AKP rejiminin ən çox tərəfdarlarının olduğu bölgələrdə yerli bələdiyyələr və valiliklərin təşəbbüsü ilə orta məktəblərin hamısında məcburi qaydada “mollaxana” kurslarının açılması barəsində yerli hökumət adına qərarlar da verilib. Türkiyənin Düzcə bölgəsində artıq bu proses rəsmiləşdirilibdir. Düzcə şəhərindəki 8 orta məktəbin nəzdində artıq “mollaxana” sinifləri fəaliyyətə başlayıbdır. Düzcə valisi Zülkif Dağlı bildirib ki: “Orta məktəblərin nəzdində “mollaxana” siniflərinin açılmasını çox normal qarşılayırıq. İndiki proqrama görə mollaxana (imam xətib” sinifləri iki illikdir, ancaq çox yaxın gələcəkdə bu siniflərin sayı dördüncü sinfə qədər artırılacaqdır”.    

 

“Mollaxana”ya dönüşən Türkiyə

 

AKP hakimiyyəti dönəmində Türkiyədə ildə orta hesabla 1.5 milyon nəfər şagird “imam xətib” okullarına gedirlər. Bu prosesdə AKP-nin beyin mərkəzi hesab olunan milli təhsil nazirliyi və dinayət işləri nazirliyi birlikdə addım atırlar. Diyanət işləri nazirliyinin təhsil bölüm müdiri Əli Erbaş etiraf edib ki, artıq “imam xətib” məktəblərində təhsil alan şagirdlərin sayı 60 min nəfərdən 1.5 milyona kimi artmışdır. Universitetlərin nəzdində fəaliyyət göstərən ilahiyyat fakültələrində hal-hazırda 100 min nəfər tələbə təhsil alır. Bundan əlavə, dini sahədə təhsil alanlara dəstək qismində “Ensar Vəkfi”, “Hayrat Vəkfi”, “Hizmet Vəkfi” və digər vəqflər də gərəkən maliyyə dəstəyini verirlər. 
Mütəxəssislər onu da qeyd edirlər ki, mollaxanalara maliyyə dəstəyi əsasən dövlət büdcəsi hesabına başa gəlir. Bu barədə təhsil eksperti Elif Çuhadar bildirib ki: “Dövlət siyasəti adı altında inanc məsələsinin bu qədər qabardılması tamamilə yalnış addımdır.   

 

Göbələk kimi artan mollaxanalar

2002-2003-cü illərdə Türkiyədə “imam xətib” (mollaxana) məktəblərinin ümumi sayı 450 idi. Bu məktəbələrdə təhsil alan şagirdlərin ümumi sayı isə 71 min 100 nəfər idi. 2015-2016-cı illərdə mollaxana məktəblərinin sayı 1149 oldu. Bu qədər mətkəbdə isə təhsil alan şagirdlərin sayı 555 min nəfərdən 870 min nəfərə qədər artmışdır. Ümumi şəkildə dini məktəblərin sayı 1961 ədəddir. Bu qədər sayda molla kadrlarının yetişdirilməsi ölkə üçün yaxın gələcəkdə çox böyük təhlükə mənbəyinə çevrilə bilər. Belə ki, dindarların sayının artması ilə yanaşı, ölkə bürokratiyasında din xadimlərinin saylarının sürətlə artması çox ciddi təhlükələrə səbəb ola bilər.       

 

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:37