ADR Hərəkatı qeydiyyat üçün yenidən Ədliyyə Nazirliyinə müraciət edəcək.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının mətbuat xidmətinin XUDAFERİN. EU-ya verdiyi açıqlamaya görə, İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplanda mövcud ictimai-siyasi və sosial-iqtisadi durum geniş müzakirə olunub. Müzakirələr zamanı Tarif Şurasının son qərarı ilə elektrik enerjisinin, qazın, soba mazutunun, reaktiv yanacağının və dərman peraparatlarının bahalaşan qiymətlərinin iqtisadiyyata, sahibkarlar və istehlakçılara təsirlərinə xüsusi diqqət yetirilib. Qərar alınıb ki, ADR Hərəkatının bu məsələyə dair mövqeyini ifadə edən xüsusi bəyanat yayılsın. Bəyanat layihəsi müzakirə edildikdən sonra onun yekun variantı qəbul edilib.

ADR) Hərəkatının mətbuat xidmətindən onu da bildirdilər ki, İdarə Heyətində ADR Hərəkatının dövlət qeydiyyatına alınmaması ilə bağlı Ədliyyə Nazirliyinin (ƏN) cavabını müzakirə olunub. Çıxış edənlər bildiriblər ki, ƏN qanuna görə qeydiyyat sənədlərindəki bütün çatışmazlıqlara dair iradların hamısını ilk müraciətə cavab məktubunda bildirməli olsa da, qanunun müvafiq tələblərinə əməl etməyərək, artıq 4-cü dəfədir ki, müxtəlif irad və bəhanələrlə ADR Hərəkatını dövlət qeydiyyatını uzadırlar. Müzakirələrdən sonra qərara alınıb ki, qısa müddətdə ADR Hərəkatının təsisçiləri təşkilatın qedyiyyatı ilə bağlı sənədləri yeniləşdirib təkrarən Ədliyyə Nazirliyinə müraciət etsinlər. Daha sonra isə dekabrın 24-də keçirilməsi planlaşdırılan ADR Hərəkatı Ali Məclisinin növbəti sessiyasının gündəlik layihəsi müzakirə olunub. Qərara alınıb ki, növbəti Məclisdə komissiyaların formalaşdırılması prosesi başa çatdırılsın. Cari məsələlərdə ADR Hərəkatının fəaliyyətini xarakterizə edən sənədlərin arxivləşdirilməsi ilə bağlı qərar qəbul olunub və müvafiq iş bölgüsü aparılıb.

Xudaferin.eu

12:03