ABŞ Qətərdəki hərbi bazanı genişləndirir

ABŞ Qətərdə yerləşən və Yaxın Şərq regionunda ən böyük hərbi bazası olan “Əl-Udeyd” bazasının genişləndirilməsinə başlayıb.

Xudaferin.eu xəbər verir ki, bunu Qətərin müdafiə naziri Xalid bin Məhəmməd əl-Əqtiyyə bəyan edib. 
Bazada artıq əlavə yaşayış və əməliyyat korpuslarının təntənəli təməlqoyma mərasimi keçirilib.

Hazırda Qətərlə ABŞ ikitərəfli münasibətlərdə “yol xəritəsi”nin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq edirlər. Məqsəd “Əl-Udeyd”in ABŞ-ın daimi hərbi bazaları siyahısına daxil olunmasıdır. 

Hazırda sözügedən bazada 10 mindən artıq ABŞ əsgəri cəmlənib. Həmçinin İŞİD terror təşkilatı ilə mübarizə aparan beynəlxalq koalisiya hərbçiləri də burada yerləşiblər.

Xudaferin.eu

12:22