ABŞ-a getmək istəyənlərin sosial hesabları, elektron poçtları araşdırılacaq

 

 

Buna əslində hüquqi dillə 5 illik “təmizlik” yoxlaması da deyilir

 

Yeni qaydalara görə Amerikaya viza almaq istəyənlərin sosial media hesabları araşdırılacaq. Paylaşmaları şübhəli görünənlərə viza verilməyəcək. Amerika prezidenti Donald Tramp yeni viza layihəsini təsdiqləyib. Bu qanun layihəsinə görə, Amerika səfirlikləri artıq viza istəyənlərin son 5 il ərzindəki bütün sosial media hesablarındakı fəaliyyətini, elektron poçtlarını və səyahət keçmişini araşdıracaq.

Sosial şəbəkələrdəki paylaşmaları şübhəli görünənlərə viza verilməyəcək. ABŞ səfirlikləri və konsulluqları bu araşdırmaları apardıqdan sonra, viza almaq üçün müraciət edən şəxslərdən “kimlərin ABŞ üçün təhdid olub-olmayacağını” ilə bağlı qərar verəcəklər.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

 

11:40