Türkiyənin Birləşmiş Ştatlardakı diaspora üzvləri 1982-ci ildə Los-Anceles şəhərində türkiyəli baş konsulu qətlə yetirmiş erməni terrorçu Xampiq Sasunyanın şərti azad edilməsinə qarşı çıxıb.
Xudaferin.eu xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.
Türk icmasının üzvləri buna qarşı petisiya imzalayaraq, sənədi məhkəmə orqanına təqdim edib.
Məlumata görə, Sasunyanın şərti azadlığa buraxılması məsələsinə iyunun 29-da keçiriləcək məhkəmə iclasında baxılacaq.
Kaliforniya ştatının qanunvericiliyində edilən dəyişikliklər şərti azad etmə qaydalarında da öz əksini tapıb.
Yeni qaydalara görə, cəzaçəkmə müəssisəsində özünü intizamlı aparan və saxlanma şərtlərinə əməl edən məhbusun hər 18-aydan bir şərti azad edilməsi ilə bağlı müraciətinə baxıla bilər.
Sasunyan “ESAK” erməni terrorçu təşkilatının üzvüdür. 28 yanvar 1982-ci ildə Uilşir bulvarı ilə Komstok küçəsinin kəsişməsində avtomobilində olan Türkiyənin baş konsulunu güllələyib.
Sasunyan törətdiyi cinayətə görə ömürlük azadlıqdan məhrum edilmişdi.
ABŞ-da erməni terrorçu azad edilə bilər

11:40
Digər xəbərlər