Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlar İttifaqının (AMİ) 80 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib. Tədbir iştirakçıları öncə Azərbaycan memarlarının layihələrindən ibarət sərgi ilə tanış olublar. Yubiley tədbirində Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə yaradıcılıq birliyinin tarixindən danışıb. Bildirib ki, Azərbaycan Memarlar İttifaqının təsis qurultayı 1936-cı ilin martında keçirilib. Ötən illərdə memarlarımız dünya memarlıq sənətinə yüzlərlə çox gözəl əsər bəxş edib. Azərbaycan 1992-ci ildə ABŞ-ın Çikaqo şəhərində keçirilən beynəlxalq konqresdə Beynəlxalq Memarlar İttifaqının müstəqil üzvü seçilib. 2016-cı il noyabrın 25-də dövlət başçısının imzaladığı sərəncamlarla memarlıq sahəsində nailiyyətlər qazanmış 18 nəfər təltif olunub.
Azərbaycan xalqının memarlıq məktəbindən danışan Əbülfəs Qarayev “İçərişəhər” Dövlət tarix-memarlıq qoruğunun UNESCO-nun Dünya irs siyahısına daxil olunduğu xatırladıb. “Biz bu gün Şəki şəhərinin də UNESCO-nun siyahısına daxil edilməsinə çalışırıq və lazımi sənədləri hazırlayırıq. Naxçıvanın türbələri və o dövrdə yaşayıb-yaradan memarlarımızın əsərlərini də UNESCO-nun siyahısına daxil etmək istəyirik. Biz bu əsərlərlə fəxr edirik. Çünki bütün bunlar xalqımızın, tariximizin və Azərbaycan memarlığının inkişafının bariz göstəricisidir”, - deyə vurğulanıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova memarları yüksək dövlət mükafatlarına layiq görüldüklərinə görə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.
80 yaşlı Azərbaycan Memarlar İttifaqı

Xudaferin.eu
12:28
Digər xəbərlər