5-ci kolon necə yaranıb?

«Beşinci Kolon (Sütun)» üçüncü dövlətlərin maraqları naminə öz ölkələrinin hakimiyyətinə qarşı çıxan vətəndaşların başa düşüldüyü bir siyasi termindir.

«Beşinci kolon» termini harada yaranıb?“

Diqqət! Beşinci sütun gözləyir! ” (Respublika təbliğat afişası, 1936-cı il, dairə) Şəkil: Commons.wikimedia.org

«Beşinci kolon» termini İspaniyada vətəndaş müharibəsi dövründə ortaya çıxıb. 15 oktyabr 1936-cı ildə millətçilər onlara düşmən olan respublikaçıların nəzarətində olan Madridə hücum üçün hazırlaşırdılar. Paytaxt əhalisini qorxutmaq üçün frankoistlərin ordusuna komandanlıq edən general Emilio Mola bir radio açıqlama yaydı. Bununla, o, şəhər xaricində sərəncamında olan dörd ordu kolonuna əlavə olaraq, paytaxtın mərkəzində gizli bir kolonunun olduğunu açıqladı: «Noyabrın 7-də Gran Via * da qəhvə içəcəyəm … Dörd kolon yanımdadır, beşinci isə Madriddədir» — dedi Mola.

Bunun ardınca Mola ordusu hücum başlatdı və İspaniyanın paytaxtından 10 km məsafədəki aerodromlardan birini nəzarətə götürərək Madridə çox yaxınlaşdı. Ancaq millətçilərin, Respublikaçılarla müqayisədə silah-sursat, yanacaq və sursatları daha az olduğu üçün, Franko və Mola bir milyonluq şəhərə hücum etməməyi qərara aldılar. Buna görə Madriddə «beşinci kolon» olub-olmaması əslində indiyədək məlum deyil.

———————————————————————————————

*Gran Via (ispan Gran Via — «böyük yol») Madridin mərkəzi küçələrindən biridir. 1936 — 1937-ci illərdə Respublikaçıların hakimiyyəti dövründə Gran Via Avenida de Rusia («Rusiya Prospekti»), 1937 — 1939 — Avenida de la Union Sovetica («Sovet İttifaqı Prospekti») adlandırılırdı. /fedai.az/

13:55